Icma.az
close
up
RU
INDRA Ələtdəki logistika mərkəzini qabaqcıl hava naviqasiya sistemləri ilə təchiz edəcək

INDRA Ələtdəki logistika mərkəzini qabaqcıl hava naviqasiya sistemləri ilə təchiz edəcək

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Madriddə keçirilən Passenger Terminal Expo 2025 beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC və INDRA şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Hava hərəkəti, müdafiə və kosmos sahəsində qlobal lider olan INDRA, Ələt Azad İqtisadi Zonasında (AİZ) inşa olunan yeni yük hava limanını müasir hava naviqasiya sistemləri ilə təmin edəcək.

"Azəraeronaviqasiya" HHİ-dən (AZANS) "APA-Economics"ə verilən məlumata görə, bu saziş Ələt AİZ-in Avrasiya məkanında aparıcı multimodal logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş milli strategiyanın həyata keçirilməsində mühüm mərhələdir. Azərbaycan hökuməti və “Silk Way Group” tərəfindən dəstəklənən yeni hava limanı Orta Dəhliz boyunca strateji mövqe tutacaq və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrini gücləndirəcək.

INDRA ilə tərəfdaşlıq hava limanının fəaliyyət səmərəliliyinin artırılması, uçuş təhlükəsizliyinin təmin edilməsi və 24/7 rejimində yük daşımalarının dəstəklənməsi üçün hava naviqasiyası sahəsində qabaqcıl texnologiyalarla təchiz olunmasına zəmin yaradacaq. INDRA-nın təqdim etdiyi xüsusi həllər yüksək etibarlılıq, çeviklik və miqyaslana bilən imkanlarla müasir hava məkanının istifadəçilərinin ehtiyaclarını tam şəkildə qarşılayacaq. 30 ildən artıq təcrübəyə malik və dünyanın 90%-dən çox ölkəsində hava hərəkətinin idarə olunması üzrə innovativ həllər təqdim edən INDRA, Ələt Yük Hava Limanı üçün ən uyğun tərəfdaşdır.

Yeni yük hava limanı Bakı yaxınlığında, Ələt Dəniz Limanında yerləşir, Azərbaycanın dəmir və avtomobil yolları şəbəkəsinə birbaşa bağlıdır. Bu isə dəniz, quru və hava nəqliyyatı ilə yüklərin fasiləsiz hərəkətini təmin edir. İnkişaf zamanı əsas diqqət davamlılığa, ekoloji təmiz tikinti və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına yönəldilib. Layihə aşağı emissiyalı yük infrastrukturu üçün nümunəvi model kimi nəzərdə tutulur.

“Azəraeronaviqasiya” HHİ (AZANS, “Azərbaycan Hava Yolları” QSC) ölkənin milli hava naviqasiyası xidmət təminatçısı olaraq, Ələt Yük Hava Limanına uyğunlaşdırılmış təhlükəsiz və səmərəli hava hərəkəti xidmətləri göstərəcək. Bu məqsədlə yaradılacaq Ələt Aeronaviqasiya Xidməti, hava məkanının inteqrasiyasını təmin edəcək və hava limanının Orta Dəhlizdə əsas logistika qovşağı kimi rolunu gücləndirəcək.

“Ağıllı, avtomatlaşdırılmış hava naviqasiya sistemlərinin tətbiqi müasir yük aeroportlarının uğurlu fəaliyyəti üçün əsas şərtlərdən biridir. INDRA kimi qlobal liderlə əməkdaşlıq, Ələt AİZ-də yüksək texnologiyalı, effektiv və təhlükəsiz infrastrukturun inkişafında yeni bir mərhələ açır. Bu tərəfdaşlığın Azərbaycanın Avrasiya regionunda əsas logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcəyinə inanıram,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Fərhan Quliyev bildirib.

“INDRA Group” şirkətinin İcraçı sədri Anxel Eskribano isə qeyd edib: “Biz bu strateji layihə çərçivəsində “Azərbaycan Hava Yolları” QSC ilə tərəfdaşlıqdan məmnunuq və qabaqcıl hava naviqasiya texnologiyamızı tətbiq edərək regionun ən iddialı logistika mərkəzlərindən birinə töhfə verməyə sadiqik. Indra regionun ən iddialı logistika mərkəzlərindən birinin artan əməliyyat səmərəliliyinə, təhlükəsizliyinə və davamlılığına töhfə verməyə sadiqdir, Ələt Azad İqtisadi Zonasının inkişafı üzrə Azərbaycanın baxışını dəstəkləməkdən, Avropa ilə Asiya arasında iqtisadi əlaqələri genişləndirməkdən məmnunluq duyur.”

Sərgi çərçivəsində tərəflər hava məkanının rəqəmsallaşdırılması və Azərbaycanın aviasiya sektorunda ağıllı həllərin tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Indra – texnologiyalar vasitəsilə mövcud həyat tərzini qoruyan və gələcəyin ehtiyaclarını qabaqcadan görən aparıcı ispan transmilli şirkətidir. Müdafiə, hava hərəkətinin idarə olunması və kosmos sahəsində dünyanın aparıcı şirkətlərindən biri kimi tanınan Indra, qlobal əməliyyatlar və rəqəmsallaşma üzrə əsas tərəfdaş statusuna malikdir. Şirkətin ixtisaslaşmış ekspert komandası, biznes sahəsində dərin biliyi, müasir texnologiyalar və unikal innovasiya və sistem inteqrasiyası qabiliyyəti, Indra-nı dünyada etibarlı texnologiya tərəfdaşına çevirir. Şirkət Avropa proqramları və layihələri sahəsində liderliyi, əməkdaşlığa əsaslanan yanaşması və tərəfdaşlıq strategiyası ilə bu sahələrdə sənaye və innovasiya ekosistemlərinin inkişafına töhfə verir.

Indra, eyni zamanda Indra Group-un bir hissəsidir. Bu holdinq Minsait ilə birlikdə texnoloji inkişafı dəstəkləyir. Minsait, İspaniya və Latın Amerikasında rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində liderdir. 2024-cü maliyyə ilində Indra Group-un gəliri 4,843 milyard avro təşkil edib. Şirkət 49 ölkədə yerli nümayəndəliyə və 140-dan çox ölkədə fəaliyyətə malikdir.

Ələt Yük Hava Limanı, tikintisinə 2024-cü ildə başlanmış, beynəlxalq dəniz limanına yaxın yerləşən və ölkənin dəmir və avtomobil yolları infrastrukturuna birbaşa bağlı olan strateji bir obyekt olacaq. Layihə çərçivəsində 4 min metrlik uçuş-enmə zolağı, sürmə yolları, hava hərəkətinin idarəetmə mərkəzi, yanacaq doldurma və yanğın təhlükəsizliyi xidmətləri, eləcə də digər infrastruktur obyektləri inşa olunacaq. Yaşıl texnologiyaların və bərpa olunan enerji mənbələrinin istifadəsi ilə ekoloji dayanıqlılıq prinsiplərinə xüsusi önəm verilir. Hava limanının 2026-cı ildə istismara verilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri