Icma.az
close
up
RU
İnəkləri milçəklərdən qorumaq üçün zebra kimi boyadılar VİDEO

İnəkləri milçəklərdən qorumaq üçün zebra kimi boyadılar VİDEO

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyada inəkləri zebra kimi rəngləyiblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiyada aparılan maraqlı təcrübənin nəticələrinə görə, zebralara bənzər ağ zolaqlarla boyanan qara inəklərə milçəklər xeyli az qonur.

Tədqiqatçılar adi qara inəklərin üzərinə ağ zolaqlar çəkərək onları otlağa buraxıblar və heyvanların üzərinə qonan milçəklərin sayını müqayisə ediblər. Məlum olub ki, zolaqlı inəklərə boyanmamış inəklərlə müqayisədə təxminən iki dəfə az milçək qonub.

Alimlərin fikrincə, bu nəticə uzun illər müşahidələrə, modellərə və zolaqlı örtüklərlə aparılan sınaqlara əsaslanan nəzəriyyəni təsdiqləyir. Zolaqlar həşəratlar üçün vizual maneə rolunu oynayır və onları uzaqlaşdırır.

Araşdırma zamanı zebraların zolaqlı olmasının kamuflyaj və ya bədən temperaturunun tənzimlənməsi ilə bağlı əvvəlki izahları isə təsdiqini tapmayıb.

Milçəklərin sayı çəkilmiş fotoşəkillər əsasında hesablanıb. Təcrübə göstərib ki, zolaqlı inəklər həşəratları qovmaq üçün quyruq yelləmə, ayaq döymə və bədənini silkələmə kimi hərəkətlərə də təxminən 20 faiz daha az vaxt sərf ediblər.

Araşdırmada diqqət çəkən məqamlardan biri də yalnız qara zolaqlarla boyanmış inəklərin nəticəsi olub. Bu zolaqlar qara dəridə demək olar ki, görünmədiyi üçün həmin heyvanlara da boyanmamış inəklər qədər milçək qonub.

Alimlər bildirirlər ki, əgər nəticəyə boyanın qoxusu təsir etsəydi, qara zolaqlı inəklər də eyni üstünlüyü əldə edərdi. Lakin belə olmayıb. Bu isə milçəklərin uzaqlaşmasının səbəbinin boyanın kimyəvi tərkibi deyil, məhz zolaqların yaratdığı vizual effekt olduğunu göstərir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, sancan milçəklər heyvandarlıq üçün ciddi problemdir. Onlar heyvanların otlama vaxtını azaldır, stress yaradır və nəticədə çəki artımına mənfi təsir göstərirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri