Icma.az
close
up
RU
İnəyə görə yerlisini döyərək öldürdü Təfərrüat

İnəyə görə yerlisini döyərək öldürdü Təfərrüat

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz rayonunda 1969-cu il təvəllüdlü Mübariz Yusifovun həmkəndlisi Novruz Hacıyevi qətlə yetirməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 2024-cü ilin iyulun 1-də Tovuz rayonu, Yuxarı Öysüzlü kənd qəbiristanlığında baş verib.
İstintaq sənədlərinə görə, Mübariz həmin gün 1958-ci ildə anadan olmuş kənd sakini Novruzun özünə məxsus heyvanları qəbiristanlıq ərazisində otarmasına etiraz edib və əvvəlcə onunla sözlə mübahisə edib. Mübahisə zamanı ona təhqiramiz ifadələr işlətdiyi üçün sonuncunun da öz növbəsində ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra aralarında mübahisə daha da qızışıb. 
Bu zaman Mübariz Novruz Hacıyevin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. Bu məqsədlə əvvəlcə Novruz Hacıyevlə əlbəyaxa olaraq onu yerə yıxıb, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən baş nahiyyəsinə bir neçə dəfə vurub. 
Daha sonra isə ayağa qalxan Novruz Hacıyevin əlindəki çomağı ondan alıb, onunla yenidən əlbəyaxa olub. Novruzu yerə yıxıb, bədəninin müxtəlif nahiyələrinə, o cümlədən bel və sağ qabırğa nahiyyələrinə həmin çomaqla çoxsaylı zərbələr endirib. Novruz Hacıyev aldığı zərbələrdən ölüb. 
Mübariz Yusifovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heyvanlari qəbirsanlıqdan çıxaran zaman o qəbirin içində 1 inək olduğunu görüb:
“Mən kənarda Novruzun uzandığını gördüm. Həmin vaxt ondan inəyin kimin olmasını soruşdum. Novruz isə inəyin kimin olmasından xəbərinin olmamasını bildirdi. Bundan sonra icra nümayəndəsi Şaqi adlı şəxsə zəng edərək inəklərin yiyələrinə tapşırmasını xahiş etdim. Həmin inəklər qəbristanlığı dağıdıblar”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt qəbristanlıqda olan inəyi tutmaq istəyən zaman Novruz ona dəyməməsini, heyvanın ona məxsus olmasını deyib:
“Mən həmin vaxt inəyi tutacağımı və dövlətə təhvil verəcəyimi dedim. O deyəndə ki, mənimdir, mən həmin inəyi yenə də tutmaq istədim. İnəyi tutmaq istəyən zaman Novruz əlində ağac parçası ilə üzərimə gəldi. Onunla təqribən 3 dəqiqə mübahisəm oldu. Novruz məni vurmaq istəyən zaman onun əlində olan ağac parçasını tutdum və Novruzun əlindən almaq istədim. Lakin Novruzun əlindən ağac parçasını ala bilmədim”.
Mübarizin ifadəsinə görə, daha sonra Novruz ondan uzaqlaşıb: “Uzaqlaşmasının səbəbi isə onun icra nümayəndəsini görməsi olub. İcra nümayəndəsi həmin əraziyə gəldikdə, Novruza “mən tapşırmışam axı, niyə heyvanları bura salmısan” dedi. Bundan sonra icra nümayəndəsi Novruza sabah 09:30-da icra nümayəndəliyində olmasını bildirdi. Sonra Novruz zəng etdi və telefonda onun qəbirstanlıqdan
qovulmağını kiməsə bildirdi. Təqribən bir saat sonra qəbirstanlıqdan getdi. Sonra biz qəbirstanlıqda səliqə-səhman yartadıq”. 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Novruz yenidən onun üzərinə gəlib:
O, qayıtdıqdan sonra su suvarma sistemi olan yerdə su yolu yuduğundan ora çıxaraq yıxıldı. Bundan sonra kənd icra nümayəndəliyi məni çağırdı və mərhumun yıxıldığını, ona kömək etməyimi xahiş etdi. Mən Novruzu qaldırmaq üçün icra nümayəndəsinə köməklik etdim. Həmin yerə çatdıqda Novruzun ailəsi də ora gəldi. Mən təcili tibbi yardıma zəng etdim və həmin əraziyə təcili tibbi yardım avtomobili gəldi. Novruz xəstəxanaya aparıldı Novruzun bədənində nə əl izi, nə də başqa hər hansı bir xəsarət olmayıb. Sadəcə Novruzun əvvəldən xəstəliyi olub. Novruzun xəstə olmasını sonradan bilmişəm. Mən icra nümayəndəliyində həmin şəxsin kim olmasını bilmişəm. Novruzu vurmamışam, sadəcə olaraq aramızda mübahisələrimiz olub. Mənim yanımda heç kəs olmayıb. Sonradan mənə Novruzun qabırqasından xəsarət alması bildirildi. Kiminsə Novruzu vurmasını görməmişəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. O, müvəkkilinin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) madəyə tövsif edilməsini, ona həmin maddədə nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 
Həmçinin zərərçəkmiş Novruz Hacıyevin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsə daha ağır cəza təyin olunmasını istəyib. 
Hər iki şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətlərini araşdıran hakimlər heyəti sonda hər iki şikayəti təmin etməyiblər. 
Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. Şikayətə yaxın zamanlarda baxılacaq. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri