İnəyin vurduğu yeniyetmə öldü
Icma.az, Metbuat saytına istinadən bildirir.
Türkiyənin Iğdır vilayətinin Aralık rayonunda bədbəxt hadisə baş verib.
Metbuat.az Haber Global-a istinadən xəbər verir ki. hadisə səhər saatlarında rayonun Karşıyaka məhəlləsində qeydə alınıb. Məlumata görə, Muhammed Tazegün tövlədəki buzovun əmizdirilməsi üçün onu həyətdə otlayan inəyin yanına aparıb.
Bu zaman inək qəfil sahibinə hücum edərək buynuzları ilə onun sinəsinə zərbə endirib. Ağır xəsarət alan 16 yaşlı Tazegün üçün əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Muhammed Tazegünun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 İyun 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















