İnfantino Misir bayrağına görə tənqid edildi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
FIFA prezidenti Canni İnfantino dünya çempionatının 1/8 final mərhələsində keçirilən İsveçrə - Kolumbiya matçını tribunadan izləyərkən əlində Misir bayrağı ilə şəkil çəkdirib. Onun bu addımı ekspertlər, azarkeşlər və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
İdman.Biz xəbər verir ki, tənqidçilər hesab edir ki, dünya futbolunun ali qurumunun rəhbəri neytrallığını qorumalı və turnirdə iştirak edən hər hansı ölkənin bayrağını nümayiş etdirməməlidir. Onların fikrincə, belə jestlər FIFA prezidentinin tərəfsizliyi ilə bağlı suallar yarada bilər.
Müzakirələrin daha da böyüməsinə Misir millisinin mundialdan qalmaqallı şəkildə ayrılması da təsir edib. “Fironlar” 1/8 finalda Argentinaya 2:3 hesabı ilə uduzub. Misirlilər görüşün 79-cu dəqiqəsinə qədər 2:0 hesabı ilə irəlidə olsalar da, üstünlüyü əldən veriblər.
Oyundan sonra Misir millisinin baş məşqçisi Hossam Hassan və hücumçusu Mostafa Ziko FIFA-nı komandalarına qarşı ədalətsiz münasibətdə və korrupsiyada ittiham etmiş, bu açıqlamalar hakimliklə bağlı qalmaqala səbəb olmuşdu.
Hazırkı dünya çempionu Argentina isə 1/4 finala yüksələrək növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq. Matç iyulun 12-də ABŞ-nin Kanzas-Siti şəhərində keçiriləcək.
Baxış sayı:158
Bu xəbər 08 İyul 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















