İnfantino şantaj və maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FIFA-nın sabiq vitse-prezidenti, hazırda isə İordaniya Futbol Federasiyasının prezidenti olan Şahzadə Əli bin Əl Hüseyn FIFA prezidenti Canni İnfantinonu tənqid edib.
O, X sosial şəbəkəsində yazıb ki, İordaniya Futbol Federasiyası 2025-ci ilin dekabrında Qətərdə keçirilən FIFA Ərəb Kubokunun finalına yüksəldiyinə görə almalı olduğu 4,2 milyon ABŞ dollarını hələ də əldə etməyib.
Şahzadə Əlinin sözlərinə görə, futbol üzrə dünya çempionatı zamanı ona bildirilib ki, əgər Canni İnfantinonu dəstəkləsə, bu, İordaniya Futbol Federasiyasına kömək edəcək.
O, bu təklifi şantaj adlandırıb və bildirib ki, İordaniya belə təzyiqlərə boyun əyməyəcək, həmçinin İnfantinonu dəstəkləməyəcək.
Bu hadisə FIFA ətrafında yaranan qalmaqalı daha da böyüdüb. Bundan əvvəl Canni İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarını yeni yaradılacaq FIFA Forward Enterprise (FFE) adlı qurum vasitəsilə özəl investorlara vermək planı narazılıq doğurmuşdu.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















