İnfarkt cavanlaşır: əsas səbəblər və narahatedici statistika
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada son illərdə miokard infarktından ölüm halları artır və bu tendensiya xüsusilə gənclər arasında daha çox diqqət çəkir.
Sherg.az-ın məlumatına görə, bu barədə professor Yevgeni Filippov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, infarktın “cavanlaşmasının” əsas səbəbləri siqaret və elektron siqaret istifadəsinin geniş yayılması, fiziki aktivliyin azlığı və artıq çəki problemidir. Gənclər arasında bu risk amilləri daha çox müşahidə olunur.
Professor bildirib ki, yaşlı insanlarda infarktın yaranmasına daha çox arterial hipertenziya və lipid mübadiləsinin pozulması səbəb olduğu halda, gənclərdə həyat tərzi ilə bağlı amillər üstünlük təşkil edir.
Bundan əlavə, gənc xəstələrdə genetik meylliliyin daha yüksək olması, həkim müayinələrindən yayınmaları və təyin olunan müalicəyə lazımi səviyyədə əməl etməmələri də riski artırır.
Mütəxəssis infarkt riskini azaltmaq üçün hər il profilaktik tibbi müayinədən keçməyi, sağlam həyat tərzi sürməyi və təhlükəli simptomlar yaranan kimi həkimə müraciət etməyi tövsiyə edib. O, həmçinin qeyd edib ki, sorğulara görə, insanların təxminən 30 faizi ilk sağlamlıq problemləri zamanı həkimə getmək əvəzinə, vəziyyətin öz-özünə düzələcəyini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 20 İyun 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















