Icma.az
close
up
RU
İnfarktdan sonrakı həyat tərzi

İnfarktdan sonrakı həyat tərzi

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnfarktdan sonra adi həyat tərzinə qayıtmaq olarmı? Qəti şəkildə “bəli” və ya xeyir” demək çətindir.

Buna hər bir halda fərdi şəkildə yanaşmaq lazımdır: çünki biri yükdaşıyan fəhlə işləyir, digəri isə iş gününü yazı stolu arxasında keçirir. Əlbətdə ki, birinci şəxsə öz adi işi ilə məşğul olmaq asan olmayacaq, ikinci şəxsə isə az bir səbəb mane ola bilər. Bundan başqa infarktın özü və onun fəsadları da hər bir şəxsdə fərqli olur.

Miokard infarktından sonra bərpa prosesi bir neçə ay müddətində davam edir. Hadisələri qabaqlamağa çalışmayın. Heç bir halda nəyin hesabına olursa-olsun tez bir zamanda əvvəlki həyat tərzinə, iş rejiminə qayıtmağa tələsməyin! Bununla siz özünüzə yalnız ziyan vurmuş olarsınız! Miokard infarktından sonra həkim nəzarəti altında xüsusi müalicəvi bədən tərbiyəsi (“qaçan yol” qurğusunda gəzmək, velotrenajorda məşğələ və s.) ilə məşğul olmaq orqanizmə özünü bərpa etmək üçün çox yaxşı kömək edir. Açıq havada, əvvəlcə qısa müddətli, daha sonralar tədricən artırılan piyada gəzintilər, müəyyən vaxtdan sonra isə hovuzda üzmək və pillələrlə hərəkət etmək də çox xeyirli hesab edilir. Hətta, pillələr ilə hərəkət aktiv həyata qayıtmaq üçün yaxşı sınaq (test) da hesab edilə bilər: əgər xəstə döş nahiyyəsində ağrı, təngnəfəslik hiss etmədən, orta templə binanın 4-cü mərtəbəsinə qalxa bilirsə, demək bərpa prosesi müvəffəqiyyətlə keçir.

Miokard infarktı keçirənlərin əksəriyyətini düşündürən suallardan biri də: “xəstəlikdən sonra dərman preparatları hansı müddət ərzində qəbul etmək lazımdır?” Bu halda yalnız bir cavab var: “Ömrünün sonunadək!” Hətta həmin şəxs özünü yaxşı hiss etsə də. Xəstənin vəziyyəti məhz ona görə yaxşıdır ki, onun qəbul etdiyi dərmanlar ürəyə kömək edir.

Miokard infarktından sonra cinsi əlaqəyə girmək olarmı? Heç nədən utanmadan bu sualı müalicə həkiminizə verin. Bu zaman hər şey sizin fiziki gərginliyi necə keçirməyinizdən asılı olacaq. Belə ki, cinsi əlaqə aktı da heç də yüngül olmayan fiziki gərginlik hesab edilir.

İnfarkt keçirmiş adam mütləq siqaret çəkməyi, spirtli içkilərin qəbulunu tərgitməli, yemək rasionunda yağlı, qızardılmış, duzlu qidaları minimal səviyyəyə qədər məhtudlaşdırmalı, ağır çəkidən qurtulmalı, streslərdən uzaq olmalı, mümkün qədər çox hərəkət etməlidir. Belə xəstələr arterial təzyiqlərini, şəkərli diabeti olanlar isə qanda şəkərin miqdarını da daim nəzarətdə saxlamalıdırlar.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri