İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
“Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilmiş Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bu günə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır”.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır. “Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları daha az baş verir. Lakin bilməliyik ki, peyvəndin qoruyuculuğu 2 həftədən sonra formalaşır, bu dövr ərzində şəxs yoluxubsa, xəstələnə bilər. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən qrip və digər respirator virus infeksiyalarından qorunma yolları ilə bağlı mediada əhali mütəmadi olaraq məlumatlandırılır. Əhalinin, birinci növbədə risk qruplarının qripə qarşı vaksinasiya olunmasına çağırışlar edilir. Hazırda epidemioloji durum Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə nəzarət altındadır. Əlavə tədbirlərə ehtiyac duyulmur”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 09 Yanvar 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















