Icma.az
close
up
RU
İnfilyasiya güclənir, dollar zəifləyir: Qızıl daha da bahalaşacaq

İnfilyasiya güclənir, dollar zəifləyir: Qızıl daha da bahalaşacaq

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Məlumdur ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FED rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib. Bu kontekstdə "Goldman Sachs" bankının proqnozuna görə, ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000 dollara qədər yüksələ bilər.

Həmçinin analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulması inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə də dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər. Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçün daha cəlbedici qənaət vasitəsinə çevriləcək.

Maraqlıdır ki, qızılın qiyməti qeyd olunan səviyyədə yüksələ bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin hesablanması modelləri mövcuddur. Bu modellərə əsasən, 3000-3500 dollar qızıl üçün normal hədəfdir.

Onun sözlərinə görə, dolların alıcılıq qabiliyyətinə əsasən qızılın qiyməti daha da arta bilər. Çünki hazırda risk amilləri yüksəlib, qeyri-müəyyənliklər çoxalıb və dolların inflyasiyası davam edir:

"Qızılın bahalaşacağı ilə bağlı əvvəllər proqnozlar səsləndirilsə də, bu, sahədən uzaq olan şəxslər üçün o qədər də inandırıcı görünmürdü. Qızıl həm bir tədavül vasitəsi, həm də inflyasiyaya qarşı qoruyucu bir vasitədir. 100-200 il əvvəl 1 unsiya qızıla nə almaq mümkün idisə, bu gün də təxminən həmin məhsulları almaq mümkündür. Yəni, qızıl hər zaman öz dəyərini saxlayır”.

Müsahibimiz xatırladıb ki, bir neçə il öncə qızılın qiymətinin 1800 dollara olduğu vaxtlarda qızıl öz dəyərindən çox ucuz idi. Dediyinə görə, dolların mövcud inflyasiyası qarşısında qızılın dəyərinin aşağı saxlanması isə banklar tərəfindən həayata keçirilirdi:

“Belə ki, banklar tərəfindən verilən kağız öhdəlikdə müştərinin sahib olduğu qızılın miqdarı qeyd olunurdu. Bu gün həmin kağız öhdəliklər real fiziki qızıldan  dəfələrlə çoxdur. Bu öhdəliklər vasitəsilə qızıla olan tələb ödənilir və nəticədə qızılın qiyməti aşağı saxlanılırdı. Çünki postpandemiya dövründə inflyasiya ən böyük bəla idi və dolların illik inflyasiyası 9 faizə qədər qalxmışdı. Bu dövrdə qızılın qiymətinin qalxması inflyasiyanı daha da sürətləndirə bilərdi. Ona görə də qızılın qiyməti artırılmadı. İnflyasiyanın sürətlənməsi zəifləyəndən sonra artıq qızılın qiymətinə müdaxilələr azaldıldı. Nəticədə qızıl qiyməti artmağa başladı".

Elman Sadıqov: ABŞ istiqrazlarına maraq artıq azalır və Amerika investisiya tapmaqda çətinlik çəkir

E.Sadıqov vurğulayıb ki, bu gün tarif siyasətləri yürüdülür və bu tarif siyasətləri məhsulların qiymət artımı deməkdir. Bu artım xüsusən də Amerikada qeydə alınır.

"Qızılın qiymətinin yenidən hesablanmasında ən önəmli faktor ABŞ-də dolların illik real inflyasiya göstəriciləridir. Əgər tariflərin tətbiqi nəticəsində qiymətlərdə artım olarsa və inflyasiya güclənərsə, bu, ərzaq və sıx tələbat olan məhsulların qiymətinə daha çox təsir edəcək. Bu gün dolların inflyasiya hədəfindən yüksək olmasına, inflyasiya təzyiqinin artmasına və FED-in müstəqilliyinin əlindən alınmasına baxmayaraq, faiz dərəcələri aşağı salınacaq. Bu, inflyasiyanın daha da sürətləndirməsi deməkdir. Əslində ABŞ bu oyunu çox incə şəkildə oynayır. Amerika nisbətən dolların inflyasiyaya məruz qalmasında maraqlıdır. Çünki artan borcların ödənməsində ən asan yol inflyasiyadır. Bu kontekstdə inflyasiya təzyiqləri yüksəkdir və bu, qızılın qiymətinə təsirsiz ötüşmür".

Müsahibimizin proqnozuna görə, inflyasiya təzyiqləri davam edərsə, qarşıdakı dövrdə qızılın qiyməti daha da bahalaşacaq:

"Nəzərə almaq lazımdır ki, yeni dünya düzənində dəyişikliklər hələ çox olacaq. Mövcud vəziyyətdə ABŞ iqtisadiyyatında iqtisadi qayğı və problemlər artmaqdadır. Bu gün ABŞ-də borc səviyyəsindən daha çox, borclanma problem doğurur. Yəni, ABŞ istiqrazlarına maraq artıq azalır və Amerika investisiya tapmaqda çətinlik çəkir. Bu cür dərin məsələlər fonunda qızıl getdikcə bahalaşır".

Qeyd edək ki, hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti 3 500 dollardan artıqdır.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri