Icma.az
close
up
RU
İnflyasiyadan xeyir tapanlar və zərərə düşənlər kimlər olur?

İnflyasiyadan xeyir tapanlar və zərərə düşənlər kimlər olur?

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri (inflyasiya səviyyəsi) ötən ilin yanvar ayına nisbətən 5,4%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5%, qeyri-qida məhsulları üzrə 2,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 8,4% artıb.
Yeniavaz.com
xəbər verir ki, inflyasiya səviyyəsi sonuncu dəfə 16 ay əvvəl – 2023-cü ilin avqust ayında bundan yüksək olub.
Məlumat üçün bildirək ki, inflyasiya ölkə iqtisadiyyatında fərqli sahələrə müxtəlif təsirlər göstərir. İnflyasiyanın bəzi sahələr üçün müsbət təsirləri olsa da, bəzi sahələr üçün mənfi təsirləri olur.
İnflyasiyanın müsbət təsir etdiyi sahələr və şəxslər:
 - Borcu olanlar, daşınmaz əmlak və aktiv sahibləri, ixracatçılar və bəzi biznes sahələri inflyasiyadan faydalana bilər;
 - Yüksək inflyasiya borcu olan şəxslərin və şirkətlərin xeyrinə işləyir. Sabit faizlə kredit götürənlər üçün inflyasiya sərfəlidir. Məsələn, bir şəxs illik 5%-lə ipoteka götürübsə və inflyasiya 10%-ə yüksəlibsə, borcun real dəyəri təxminən 2 dəfə azalır. Dövlətlər də yüksək inflyasiyadan yararlana bilər, çünki onların əvvəlki illərdə götürdüyü borclar nominal olaraq eyni qalsa da, real dəyəri azalır;
 - Bundan başqa, daşınmaz əmlak sahibləri inflyasiya zamanı mənzillərin və kommersiya obyektlərinin qiymətinin artmasından qazanc əldə edir;
 - Qızıl və gümüş kimi qiymətli metallar da inflyasiya dövründə daha etibarlı investisiya hesab edildiyi üçün onların qiyməti artır;
 - İnflyasiya istehsalçılar və satıcılar üçün də faydalı ola bilər. Qiymətləri tez-tez artırmaq imkanı olan bizneslər (marketlər, restoranlar, istehsalçılar) daha çox qazanc əldə edə bilirlər. İnflyasiya ilə mal və xidmətlərə tələbat artdıqda, bizneslər qiymətləri yüksəldərək gəlirlərini artırırlar. Xammal və resurs sahibləri də (neft, qaz, metallurgiya sektorları) yüksək inflyasiya zamanı gəlirlərini artıra bilirlər;
 - Xaricə məhsul ixrac edən şirkətlər üçün inflyasiya sərfəlidir. Əgər ölkədə milli valyuta dəyərdən düşürsə, onların məhsulları xaricdə daha ucuz və rəqabətədavamlı olur.
İnflyasiyanın mənfi təsir etdiyi sahələr və şəxslər:
 - Sabit maaşlı insanlar, əmanətçilər və idxalçılar üçün inflyasiya ciddi problemlər yaradır;
 - İnflyasiya ilk növbədə idxalçılar üçün riskləri artırır. İdxalçıların və xarici mallardan asılı olan şirkətlərin bahalaşma səbəbindən gəlirləri azalır;
 - Qiymət artımı zamanı sabit gəlirli insanlar (məsələn, təqaüdçülər, maaşla işləyənlər) çətin vəziyyətə düşür, çünki onların gəlirləri inflyasiyaya uyğun artmır;
 - İnflyasiya yüksəldikdə, banklar riskləri azaltmaq üçün kredit faizlərini artırır. Bu, borcalanların kredit götürməsini çətinləşdirir və iqtisadi fəallığın azalmasına səbəb ola bilir. Kredit faizlərinin yüksəlməsi bankların gəlirlərini artıra bilsə də, risklərin çoxalması və müştəri axınının azalması sektoru çətin vəziyyətə sala bilir. Eyni zamanda inflyasiya zamanı müştərilərin gəlirləri azalır ki, bu da kreditlərin geri qaytarılmasında çətinliklər yaradır. Nəticədə problemli kreditlərin həcmi artır, bu da bankların zərərlə işləməsinə səbəb olur;
 - Əmanətçilər bankda saxladıqları pulların real dəyərinin azalması ilə üzləşirlər. Əgər bankın verdiyi faiz inflyasiyadan aşağıdırsa, müştərilər pullarını bankda saxlamaqda maraqlı olmurlar.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri