Icma.az
close
up
RU
İNFRASTRUKTUR İNKİŞAFI VƏ ERMƏNİ VANDALİZMİNİN İZLƏRİ

İNFRASTRUKTUR İNKİŞAFI VƏ ERMƏNİ VANDALİZMİNİN İZLƏRİ

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi-mədəni irsə və əlverişli coğrafi mövqeyə malik ərazilərimizdəndir. Uzun illər işğal altında qalan rayonumuzun yaşayış məntəqələri, sosial obyektləri, tarixi və dini abidələri böyük dağıntılara məruz qalmışdır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Cəbrayıl qarşısında yeni tarixi mərhələ – dirçəliş, quruculuq və Böyük Qayıdış mərhələsi açılmışdır.

Cəbrayılın bugünkü siması ilə keçmiş vəziyyətini müqayisə etdikdə, görülən işlərin miqyası aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurmanın əsas istiqamətlərindən biri müasir infrastrukturun yaradılmasıdır. Cəbrayıl şəhərində və rayonun kəndlərində yaşayış evləri, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər, yollar, elektrik və digər kommunal infrastrukturlar yaradılır. Dövlət proqramları çərçivəsində insanların təhlükəsiz, rahat və müasir şəraitdə doğma yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir.

Cəbrayılın bərpasında yol-nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu, eləcə də rayon ərazisində digər yol layihələri yaşayış məntəqələrinin bir-biri ilə və ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Horadiz–Ağbənd dəmir yolu xəttinin və digər nəqliyyat layihələrinin inkişafı Cəbrayılın gələcəkdə mühüm nəqliyyat və iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün imkanlar yaradır.

Enerji təminatı da quruculuq siyasətinin mühüm istiqamətlərindəndir. Cəbrayıl rayonunda yeni yarımstansiyalar və rəqəmsal idarəetmə infrastrukturu yaradılıb. “Cəbrayıl” və “Qız Qalası” kimi enerji obyektləri, həmçinin günəş enerjisi layihələri regionun enerji potensialının artırılmasına xidmət edir. Bu layihələr təkcə əhalinin məişət ehtiyaclarının təmin edilməsinə deyil, həm də sənaye, kənd təsərrüfatı və sahibkarlığın inkişafına zəmin yaradır.

Cəbrayılın iqtisadi gələcəyi baxımından “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması mühüm addımlardandır. Sənaye, xidmət, logistika və digər sahələrin inkişafı yeni iş yerlərinin yaranmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və rayon iqtisadiyyatının canlanmasına şərait yaradır. Beləliklə, Böyük Qayıdış yalnız insanların evlərinə qayıtması deyil, həm də həmin ərazilərdə davamlı iqtisadi və sosial həyatın formalaşdırılması deməkdir.

Cəbrayılın yenidən qurulması ilə bağlı layihələrdə kəndlər də xüsusi yer tutur. Böyük Mərcanlı, Sarıcallı, Karxulu, Horovlu, Şükürbəyli və digər yaşayış məntəqələrinin baş planları hazırlanaraq mərhələli şəkildə həyata keçirilir. Yeni kəndlərdə yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, səhiyyə, idman, ticarət və xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma insanların doğma torpaqlarında yalnız yaşamasını deyil, burada tam və təhlükəsiz həyat qurmasını hədəfləyir.

Lakin Cəbrayılın bu günkü quruculuq mənzərəsinin arxasında ağır bir tarix dayanır. İşğal illərində rayonun şəhər və kəndlərində yaşayış evləri, məktəblər, inzibati binalar, mədəniyyət və dini abidələr dağıdılmış, əmlak talan edilmişdir. Cəbrayılın dağıdılmış məhəllələri və viran qoyulmuş yaşayış məntəqələri həmin dövrün nəticələrini əyani şəkildə göstərirdi. Azərbaycan dövlətinin rəsmi məlumatlarında da işğal zamanı yaşayış məntəqələrinin və mülki əmlakın dağıdılması və talan edilməsi barədə faktlar qeyd olunur.

Erməni vandalizminin ağır nəticələri yalnız binaların dağıdılması ilə məhdudlaşmır. Tarixi-mədəni və dini irsimizə qarşı törədilən dağıntılar xalqımızın yaddaşına və mədəni irsinə ciddi zərbə vurmuşdur. Azərbaycan dövləti azad edilmiş ərazilərdə bu izləri sənədləşdirir, tarixi abidələrin bərpasını həyata keçirir və gələcək nəsillərin həmin tarixi həqiqətləri bilməsi üçün memorial məkanlar yaradır. Cəbrayıl şəhərində Memorial Kompleksin yaradılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Cocuq Mərcanlının bərpası Cəbrayılın dirçəlişinin ilk mühüm nümunələrindən biri oldu. Burada yaşayış evləri, məktəb, məscid, elektrik yarımstansiyası, içməli su və qaz xətləri, yollar və digər obyektlər yaradıldı. Bu layihə göstərdi ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyat üçün zəruri şərait qısa müddətdə bərpa oluna bilər və doğma torpaqlara qayıdış real prosesdir.

Bu gün Cəbrayılın küçələrində yeni binaların ucaldılması, məktəblərin və sosial obyektlərin tikilməsi, yolların salınması, enerji və istehsal layihələrinin həyata keçirilməsi tariximizin yeni səhifəsini yazır. Cəbrayıl şəhərində yeni yaşayış komplekslərinin inşası, rayon kəndlərinin mərhələli şəkildə bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış siyasətinin praktiki nəticələrindəndir.

Cəbrayılın bərpası həm də tarixi ədalətin və milli iradənin ifadəsidir. İşğal illərində dağıdılmış ərazilər bu gün yenidən qurulur, vaxtilə həyatın məhv edildiyi məkanlarda yeni həyat yaranır. Erməni vandalizminin izləri isə tarixi unutmaq üçün deyil, gələcək nəsillərə sülhün, təhlükəsizliyin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq üçün qorunmalı və sənədləşdirilməlidir.

İnanırıq ki, Cəbrayıl yaxın gələcəkdə müasir infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, abad yaşayış məntəqələri və doğma yurduna qayıdan insanları ilə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək. Bu prosesdə dövlətin həyata keçirdiyi ardıcıl bərpa siyasəti, insanların öz torpaqlarına bağlılığı və quruculuq əzmi mühüm rol oynayır. Cəbrayılın dirçəlişi bir daha göstərir ki, dağıntının yerini quruculuq, məcburi köçkünlüyün yerini Böyük Qayıdış, ümidsizliyin yerini isə gələcəyə inam tutur.

Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri