ING Azərbaycan üzrə inflyasiya proqnozunu azaldıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Niderlandın ən böyük maliyyə korporasiyası ING Group Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində olacağını proqnozlaşdırıb.
"APA-Economics" bu barədə ING-yə istinadən xəbər verir. Maliyyə təşkilatının yenilənmiş yanvar proqnozunda 2026-cı il üzrə inflyasiya gözləntilərini əvvəlki proqnozla müqayisədə 0,4 faiz bəndi azaldılıb, 2027-ci il üzrə proqnoz isə dəyişməz saxlayıb.
ING 2025-ci il üzrə Azərbaycanda orta illik inflyasiyanın 5,6 % təşkil etdiyini müəyyən edib. Rüblük proqnozlara gəldikdə isə ING hesab edir ki, 2026-cı ilin I rübündə Azərbaycanda orta illik inflyasiyanın 5,2 %, ikinci rübündə 5,4 %, üçüncü rübündə 5,3 %, dördüncü rübündə isə 5,5 % səviyyəsində formalaşacaq.
Baxış sayı:63
Bu xəbər 09 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















