ING Azərbaycanda pul kredit siyasətinin sərtləşdirilməsi prosesinin sürətlənəcəyini proqnozlaşdırır
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin aprelin 23-də keçirilməsi planlaşdırılan növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5 %-ə çatdıracaq.
Bu barədə Niderlandın aparıcı maliyyə qurumlarından biri olan “ING Group”un proqnozunda deyilir.
Qrupun proqnozlarına əsasən, AMB uçot dərəcəsini 2026-cı ilin üçüncü rübünə qədər 7,5 % səviyyəsində saxlayacaq. ING-nin ekspertlərinin fikrincə, 2026-cı ilin üçüncü rübündə faiz dərəcəsi 7,75 %-ə, dördüncü rübdə isə 8 %-ə yüksələcək.
Qeyd edək ki, daha əvvəl qrup Azərbaycanda pul-kredit siyasətinin gələn ilin üçüncü rübündən başlayaraq 7,5 %-ə, dördüncü rübdə isə 7,75 %-ə qədər sərtləşdiriləcəyini proqnozlaşdırırdı.
Xatırladaq ki, 2025-ci il martın 12-də AMB uçot dərəcəsini dəyişdirmədən 7,25 % səviyyəsində saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















