ING: Neftin qiyməti mənfi ssenaridə 121 dollara çata bilər
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Brent markalı neftin baza ssenarisi üzrə orta qiyməti 2026-cı ildə 89 dollar/barel, 2027-ci ildə isə 77 dollar/barel səviyyəsində nəzərdə tutulur.
Banco.az xəbər verir ki, Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group" qlobal enerji bazarları üzrə proqnozunu yeniləyib və neft qiymətləri üzrə gözləntilərini artırıb.
Hesabata əsasən, mənfi ssenaridə isə neft qiymətləri daha yüksək səviyyəyə çata bilər. Belə ki, 2026-cı ildə Brent neftinin qiymətinin 121 dollar/barelə, 2027-ci ildə isə 97 dollar/barelə yüksələcəyi ehtimal edilir.
Analitiklər qeyd edir ki, qlobal enerji qiymətləri üzrə proqnozların yuxarı istiqamətdə yenilənməsi bazarda risklərin artdığını göstərir.
Eyni zamanda vurğulanır ki, bu dinamika enerji ixrac edən ölkələrin gəlirlərinə müsbət təsir göstərir, lakin qlobal inflyasiya təzyiqlərini də gücləndirə bilər.
Qeyd edək ki, neft qiymətləri üzrə yeni proqnozlar qlobal iqtisadi və geosiyasi risklərin davam etdiyi şəraitdə formalaşdırılıb.
apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Aprel 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















