İngilis agentin Azərbaycan haqqında yazdıqları FOTO
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Cənubi Rusiyadakı "İngilis və Xarici Müqəddəs Kitab Cəmiyyətinin" agenti olan M. A. Morrison Rusiya və Qafqaza səfərindən sonra nüfuzlu Britaniya jurnalında “Müasir Türk Dillərinin Coğrafi Paylanması” adlı məqaləsi dərc edilib.
Ölkə.Az xəbər verir ki, bu barədə dosent, tarix üzrə araşdırmaçı Zaur Əliyev qeyd edib. O bildirib ki, 1886-cı ildə dərc olunan məqalə “Azərbaycanlı və ya Transqafqazlı” adlanır.
Onun sözlərinə görə, müəllif məqalənin 6-cı bölümündə yazır:
“Mən indi Qafqazın əsas silsiləsindən keçirəm və başqa bir türk dili olan azərbaycanca və Transqafqazda istifadə edilən dil ilə təmasda oluram. Bu dil 3 milyondan dan çox olan Trans-Qafqaz və Şimal-Qərbi Farsda mühüm məskunlaşmış əhalinin dilidir. Burada köhnə Qızılbaşların nəslinə rast gəlirik. Gürcüstanın böyük rayonlarında, Şirvanda və Qaradağda, Qərbi Xəzər sahilində Rəştdən Dərbəndə qədər, İrəvanın Sırdarlı bölgəsində, Farsların əlində olan Azərbaycan, Gilan və Mazandaran əyalətlərində xalqın dili belədir”.
Billurə
Baxış sayı:57
Bu xəbər 23 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















