Icma.az
close
up
RU
İngilis klubunun sahibi itinin klonlaşdırılmış heyvan olduğunu bildirib

İngilis klubunun sahibi itinin klonlaşdırılmış heyvan olduğunu bildirib

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Çempionşipində oynayan “Birminhem Siti” klubunun sahibi və NFL əfsanəsi Tom Bredi, iti Cuninin ölən köpəyi Luanın klonu olduğunu açıqlayıb.

İdman.Biz-in məlumatına görə, Bredi klonlaşdırmanın Dallasda yerləşən və investisiya qoyduğu “Colossal Biosciences” şirkəti tərəfindən həyata keçirildiyini söyləyib.

Amerikalı bir neçə il əvvəl mütəxəssislərin Luadan qan nümunəsi götürdüklərini və bunun nəticəsində genetik surətin yaradıldığını qeyd edib. Bredi, bunun ailəsi üçün 2023-cü ildə itirdikləri sevimli ev heyvanını yenidən görmək üçün bir fürsət olduğunu deyib. O, bu texnologiyanın ev heyvanlarını itirən ailələrə təsəlli verə biləcəyini və nəsli kəsilməkdə olan növlərin qorunmasına kömək edə biləcəyini vurğulayıb.

“Colossal Biosciences” təkcə Bredinin açıqlamasını deyil, həm də yüksək səviyyəli müştərilər üçün ev heyvanlarını klonlaşdırmaqla tanınan “Viagen Pets and Equine” şirkətini satın aldığını da təsdiqləyib. Bu cür xidmətlər əvvəllər Barbara Streyzand və Peris Hiltonu göstərilib. Mediada yayılan məlumatlara görə, “Viagen”in it klonlaşdırmasının qiyməti 50.000 ilə 85.000 dollar arasında dəyişir.

“Colossal”, tüklü mamont və dodonun geri qaytarılması planları da daxil olmaqla, nəsli kəsilmiş növlərin bərpası layihələrində fəal iştirak edir. Bu yaxınlarda üç nəsli kəsilmiş direvolf balasının klonlaşdırılmasını elan edib.

2023-cü ildə karyerasını bitirən Tom Bredi biznes və idman layihələri ilə fəal məşğul olur. O, “Birminhem Siti” klubunun minoritar sahibidir və həmçinin Amerika futbolu komandasında paya malikdir. “Birminhem Siti” oyunçularının sözlərinə görə, NFL əfsanəsi onları şəxsən dəstəkləyir və onlara klub seçməyə kömək edir ki, bu da yeni oyunçulara ilham verir.

Bredinin klubu Çempionşipdə turnir cədvəlinin yuxarı hissəsindədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri