İngilis naziri özünü polisə şikayət etdi
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyada Dəmir Yolları üzrə Dövlət Naziri Piter Hendy avtobus sürdüyü zaman telefondan istifadə etdiyinə görə özünü polisə şikayət edib.
Ötən ay ikiqat mərtəbəli avtobusun sükanı arxasında olarkən bir sərnişin tərəfindən mesaj yazarkən görüldüyü bildirilən Hendy, bu hərəkətinin "səhv bir qərar" olduğunu etiraf edərək həm ictimaiyyətdən, həm də polisdən üzr istəyib. Hadisənin yardım məqsədilə keçirilən bir tur zamanı, 28 mart tarixində baş verdiyi və sərnişinin isə 31 martda polisə şikayət etdiyi bildirilib.
Polis əvvəlcə sübut çatışmazlığı səbəbilə işi bağladığını açıqlasa da, Hendy-nin telefon istifadə etdiyini etiraf etməsindən sonra araşdırmanın yenidən açıldığını təsdiqləyib.
Hendynin adından danışan bir sözçü, "Ötən ay Piter Hendy nəqliyyat vasitəsi sürərkən telefonundan istifadə etdi. Bu səhv qərarına görə tam şəkildə üzr istəyib və vəziyyəti polisə bildirib," deyə açıqlama verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















