Icma.az
close
up
RU
İngilislər kütləvi şəkildə Çin avtomobilləri alır BYD Böyük Britaniyanı ələ keçirir

İngilislər kütləvi şəkildə Çin avtomobilləri alır BYD Böyük Britaniyanı ələ keçirir

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa avtomobil sənayesində gözlənilməz dəyişiklik baş verməkdədir.

Avtosfer.az xəbər verir ki, ingilislər kütləvi şəkildə Çin istehsalı avtomobillərə keçid edirlər.

Xüsusən də Çin nəhəngi BYD markası Böyük Britaniyada satış rekordları qıraraq yeni mərhələyə qədəm qoyub.

Şirkətin açıqladığı son rəqəmlərə görə, BYD-nin Böyük Britaniyada satışları 2024-cü ilin sentyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 880 faiz artıb. Təkcə sentyabr ayında britaniyalılar bu markadan 11 min 271 avtomobil alıblar. Satışların böyük hissəsini şirkətin populyar “Seal U” modelinin “plug-in” hibrid versiyası təşkil edib.

BBC-nin müxbirinə açıqlama verən mütəxəssislər çinli istehsalçının Böyük Britaniyada bu qədər sürətlə uğur qazanmasının əsas səbəbi kimi ölkənin Çin avtomobillərinə tarif tətbiq etməməsində görürlər. Avropa İttifaqı və ABŞ artıq uzun müddətdir ki, Çin mənşəli elektrikli avtomobillərə yüksək gömrük rüsumları tətbiq edir. Lakin Böyük Britaniya bu siyasətdən kənarda qalaraq BYD və digər Çin markaları üçün “açıq bazar” rolunu oynayır. Məhz buna görə də BYD sentyabr ayında İngiltərə bazarında 3,6 faizlik paya sahib olub və bazarın ən sürətlə böyüyən brendlərindən birinə çevrilib. Şirkətin Britaniya üzrə meneceri Bono Ge bildirib ki, yaxın aylarda daha çox yeni elektrikli və hibrid modellər təqdim olunacaq: “Bizim Böyük Britaniyada gələcəyimiz çox həyəcanlı görünür. 100-cü satış məntəqəmizi açmaqla brendin Avropadakı mövqeyini daha da möhkəmləndiririk.”

Böyük Britaniyanın Motor İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) də elektrikli avtomobil satışlarında tarixi artım qeydə alındığını təsdiqləyib. Rəqəmlərə görə, təmiz elektriklə işləyən avtomobillərin satışı bir ayda 73 minə çatıb. Plug-in hibrid modellərinin satışları isə daha da sürətlə artıb. Ən çox satılan modellər sırasında Kia Sportage, Ford Puma və Nissan Qashqai kimi tanınmış adlarla yanaşı, BYD Seal U və Jaecoo 7 kimi Çin markaları da ilk onluqda yer alıb.

Bununla belə, hələlik benzin və dizel avtomobilləri yeni satışların yarıdan çoxunu təşkil edir. Lakin tendensiya aydındır görünür - İngiltərə yavaş-yavaş, amma qətiyyətlə elektrik enerjisinə keçid edir.

Keçən ilin oktyabrında Avropa İttifaqı Çin elektrikli avtomobillərinin idxalına 45 faizə qədər tarif tətbiq edəcəyini elan etmişdi. Bu qərar Avropalı istehsalçıları – xüsusən Volkswagen, Renault və Peugeot kimi şirkətləri – Pekinin dövlət subsidiyaları ilə maliyyələşdirilən ucuz Çin modellərinin “ədalətsiz rəqabətindən” qorumağa yönəlmişdi. Eyni vəziyyət ABŞ-da da müşahidə olunur. Donald Tramp administrasiyası Çin avtomobillərinə qarşı yüksək tarif siyasətini davam etdirir. Bu isə BYD və digər Çin nəhənglərini Amerika bazarından demək olar ki, tamamilə uzaqlaşdırıb. Nəticədə Çin şirkətləri diqqəti Avropaya və xüsusən də tariflərdən azad olan Böyük Britaniyaya yönəldiblər.

Çində daxili satışların bir qədər zəifləməsinə baxmayaraq, BYD qlobal səviyyədə Tesla-nı da arxada qoyub. Şirkət 2025-ci ilin əvvəlinə qədər BMW, Jaguar və digər avropalı rəqiblərini də keçib. Onun elektrikli modelləri həm qiymət, həm batareya ömrü, həm də servis xərclərinə görə Qərb brendlərinə qarşı ciddi alternativ kimi çıxış edir. Böyük Britaniya hökuməti elektrikli avtomobillərin qəbulunu stimullaşdırmaq üçün 650 milyon funt sterlinq (təxminən 875 milyon dollar) məbləğində subsidiya paketi ayırıb. Avtomobil alıcıları Nissan, Peugeot və Vauxhall kimi markalardan elektromobil alarkən 3750 funt-sterlinqə qədər dövlət dəstəyi ala bilirlər. Lakin bu proqram istehsal zamanı karbon tullantıları yüksək olan Çin avtomobillərini subsidiyadan kənar qoyur. BYD bu qərarı açıq şəkildə tənqid edərək, bunun “Britaniya bazarına uzunmüddətli zərbə vuracağını” bildirib.

“Əgər məqsəd sıfır emissiya siyasətini təşviq etməkdirsə, mənşə ölkəsinə görə fərq qoymaq bu məqsədə ziddir”, - deyə BYD-nin nümayəndəsi mətbuata açıqlamasında deyib.

Bir vaxtlar Qərbin sənaye və texnologiya mərkəzi olan Böyük Britaniya indi Çin avtomobilləri üçün “ən böyük xarici bazar” rolunu oynayır. BYD-nin artan təsiri təkcə iqtisadi deyil, həm də geosiyasi mənada əhəmiyyətlidir.

Çin artıq yalnız elektronika və istehsalat sahəsində deyil, avtomobil sənayesində də Qərbin simvolik üstünlüyünü sarsıtmağa başlayıb. İngilislərin “Made in China” markasına bu qədər sürətlə yönəlməsi də bunu təsdiqləməkdədir.(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri