Icma.az
close
up
RU
İngiltərə A liqasına darmadağınla döndü

İngiltərə A liqasına darmadağınla döndü

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaxtilə 39 oyunda İrlandiya yığmasının şərəfini qorumuş Li Karsli İngiltərə yığmanın baş məşqçisi kimi qısa karyerasına Dublində İrlandiya üzərində qazanılan qələbə (2:0) ilə başlamışdı. İndi isə bu komanda ilə növbəti oyun Tomas Tuxelin hansı irsə yiyələnəcəyinə aydınlıq gətirməliydi.

Fasiləyə qədər meydan sahiblərinin işi heç də asan olmadı. Hətta ilk yarının uzatma dəqiqələrində cərimə meydançasına qədər dönən Keyn Molumbiyə qarşı kobudluğa görə sarı vərəqə də aldı. Amma İrlandiya yığmasını Skeyls “dəfn etdi”. “Seltik”in müdafiəçisi 2-ci hissənin əvvəlində Bellingemi cərimə meydançasında yerə sərməklə təkcə penaltiyə səbəbkar olmadı, həm də meydandan qovuldu. Keyn ardıcıl 27-ci penaltini qola çevirdi, həm də bunu tam vaxtında etdi. Çünki paralel keçən oyunda Yunanıstan da Finlandiyanın qapısına yol tapdı. Qrupun liderləri bundan sonra da paralel şəkildə hərəkət etdi. Qordon fərqi artırdığı anda topu qapıçının başı üzərindən atan Tzolis də gözəl qol vurdu.
Beləcə “üç şir” finişdə əsas rəqibini qabaqlaya bildi. Daha dəqiqi, şəxsi oyunlardakı top fərqi İngiltərəni Millətlər Liqasının elit divizionuna qaytardı. Keyn isə yığmada oyun sayına (69) görə əfsanəvi Herd Müllerlə irlandiyalıların əfsanəsi Robbi Kini arxada qoydu. Bu oyunda sonuncu qolu vuran Hervud-Bellis gənclər yığmasında da Karslinin sərəncamında olub. 50 yaşlı mütəxəssis yığmanı Tuxelə nümunəvi şəkildə təhvil verir.
Bu qrupda keçirdiyi bütün oyunlarda uduzan Finlandiya yola artıq C liqasında davam edəcək. İrlandiya yığması isə gələn ilin martında pley-offda gücünü sınayacaq.
B liqası, 2-ci qrup
6-cı tur
İngiltərə - İrlandiya 5:0 (0:0)

İngiltərə: Pikford, Holl, Qexi, Uoker (Hervud-Bellis, 62), Cons (Qomeş, 79), Qallaher (Rocers, 75), Qordon (Bouen, 75), Bellingem, Madueke (Solanke, 75), Keyn.
İrlandiya: Kelleher, O”Dauda (Eyzas, 66), Skeyls, Kollinz, Makqiness, D.O”Şi, Molumbi, Kallen (Moran, 76), Ebosele (Menninq, 66), Ferqyuson (Perrott, 66), Şmodiks (Makatir, 86).
Qollar: Keyn, 53-p. (1:0). Qordon, 56 (2:0). Qallaher, 58 (3:0). Bouen, 76 (4:0). Hervud-Bellis, 79 (5:0).
Vərəqələr: Bellingem, 42. Madueke, 42. Skeyls, 43. Keyn, 45+3. Molumbi, 45+3. D.O”Şi, 85. Qomeş, 89 – sarı. Skeyls, 51 – qırmızı (ikinci sarı).
Hakim: Erik Lambrexts (Belçika).
17 noyabr. London. 79969 tamaşaçı.
Finlandiya – Yunanıstan 0:2 (0:0)
Finlandiya: Yoronen, Hokans (Pukki, 75), Pikkoraynen (Ollila, 67), İvanov, Hoskonen, Alho (Niskanen, 82), Kamara (Nissilya, 75), Kayrinen, Lod, Pohyanpalo (Antman, 67), Kelman.
Yunanıstan: Vlahodimos, Simikas, Kulierakis, Mavropanos, Rota, Mantalos (Retsos, 88), Kurbelis (Muzakitis, 90+1), Tzolis (Yannulis, 88), Bakasetas (Siopis, 74), Masuras (Pelkas, 74), Pavlidis.
Qollar: Bakasetas, 52 (0:1). Tzolis, 57 (0:2).
Vərəqələr: Pikkaraynen, 4. Alho, 10. İvanov, 60 – sarı.
Hakim: Villi Delajo (Fransa).
17 noyabr. Helsinki. 17661 tamaşaçı.
1. İngiltərə 6 5 0 1 16-3 15
2. Yunanıstan 6 5 0 1 11-4 15
3. İrlandiya 6 2 0 4 3-12 6
4. Finlandiya 6 0 0 6 2-13 0
Oyundan sonra
Li Karsli, İngiltərə yığmasının baş məşqçi əvəzi:[quote] [quote]“Oyuna çox yaxşı başladıq. Möhkəm, yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq, rəqibin müqavimətini qırmaq çətin idi. İrlandiyanın əks-hücumlarda və standart vəziyyətlərdə təhlükəli olacağını bilirdik. Hansısa məqamda qol vəziyyətləri yaxalayacağımıza inanırdım, odu ki, sadəcə, səbirli davranmaq lazım idi”.[/quote]
Heymir Hadlqrimsson, İrlandiya yığmasının baş məşqçisi: [quote]“0:5 uduzandan sonra özünə bəraət qazandırmağa dəyməz. Odu ki, ilk yarını fantastik keçirdiyimizi deməyəcəm. Ancaq komandanın necə inkişaf etdiyinə də baxmaq lazımdı. Düşünürəm ki, bu oyundan hansısa nəticələr çıxara bilərik”.
Harri Keyn, İngiltərə yığmasının hücumçusu: “Bizim üçün həqiqətən də vacib qələbədi. Yaxşı toplanış keçdik. İki çətin oyunu arxada qoyduq. Yunanıstanla səfər oyununda əsas vəzifənin öhdəsindən gəlmişdik. Bu gün ilk yarı bizim üçün çətin keçsə də, ikinciyə böyük enerji ilə çıxdıq. Başladığımız işi sona çatdıra bildik”.[/quote]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri