İngiltərə Almaniya ilə birlikdə nüvə silahından istifadənin tərəfdarıdır
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya hərbi rəhbərliyi Almaniya ilə nüvə silahından birgə istifadənin tərəfdarı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
"Yüksək rütbəli hərbi məmurlar, o cümlədən keçmiş müdafiə qərargah rəisi və NATO-nun baş katibi Britaniyanı Berlinlə yeni müdafiə paktı ilə bağlı danışıqlara başlamağa çağırıblar", - məlumatda deyilir.
Nəşr onu da qeyd edir ki, bu cür təkliflər ABŞ-nin II dünya müharibəsinin bitməsindən sonra olduğu kimi, nə vaxtsa Avropa təhlükəsizliyinin qarantı rolunu dayandıracağı ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb.
"The Daily Telegraph"ın qeyd etdiyi kimi, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb. Böyük Britaniyanın nüvə silahları hazırda Amerikanın Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib.
London bu donanmaya taktiki nüvə silahları ilə silahlanmış F35A qırıcılarını əlavə etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 27 Oktyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















