İngiltərə brendindən super avtomobil: 2,5 saniyədə... FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin avtomobil istehsalçısı "Aston Martin" yeni modelini təqdim edib.
Avtosfer.az hit.az-a istinadən xəbər verir ki, sözügedən super model "Valhalla" adlanır.
Daha dəqiq desək, bu model uzun illərdən sonra yenidən istehsal olunacaq. "Valhalla" şirkətin ilk şarj oluna bilən modeli olacaq. Avtomobil 4,0 litrlik iki turbo V8 mühərriki ilə təchiz olunub. 828 at gücündə olan model üç elektrik mühərriki sayəsində 1080 at gücünə qədər çıxa bilir.
Üstəlik, avtomobilin 0-dan 100 kilometr sürətə çıxma zamanı isə cəmi 2,5 saniyədir. Bu isə olduqca inanılmaz bir göstəricidir. "Valhalla" 350 kilometrə qədər də sürət yığa bilir. Avtomobili "Sport", "Sport+", "Race" və "EV" modlarında idarə etmək olar. Görünüşü isə "Formula 1" avtomobillərinə olduqca bənzəməsi ilə diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















