Icma.az
close
up
RU
İngiltərə iqtisadiyyatı inkişaf etməyə başlayır

İngiltərə iqtisadiyyatı inkişaf etməyə başlayır

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İngiltərənin iqtisadiyyatı 2024-cü ilin son rübündə cüzi də olsa, müsbət artım nümayiş etdirib.

Banco.az xarici KİV-ə istinadən xəbər verir ki, son rübdə qeydə alınan 0,1% iqtisadi artım, dekabr ayında gözləniləndən daha güclü nəticələrin əldə edilməsi ilə mümkün olub.

Milli Statistika İdarəsinin məlumatına görə, dekabr ayında iqtisadiyyat 0,4% genişlənib. Bu nəticələr ümumilikdə 2024-cü ildə ölkə iqtisadiyyatının 0,9% artım nümayiş etdirdiyini göstərir.

 Bəzi iqtisadçılar və müxalifət nümayəndələri iqtisadi yavaşlamaya görə yeni Leyborist hökumətini məsuliyyət daşıyan tərəf kimi görürlər. İyul ayında seçkilərdə qələbə qazanan Leyborist hökuməti iqtisadi artımı prioritet elan etsə də, nəticələr hələ də zəif qalır.

Ölkənin iqtisadi perspektivi ilə bağlı narahatlıqlar artarkən, İngiltərə Bankı keçən həftə 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,75%-ə endirib. Bu, əvvəlki proqnozun yarısı qədərdir və iqtisadiyyatın gözlənildiyindən daha yavaş inkişaf edəcəyini göstərir. Bank eyni zamanda əsas faiz dərəcəsini 4,5%-ə qədər azaldıb, bu isə iqtisadiyyatı stimullaşdırmaq üçün atılan addımlardan biridir. Son həftələrdə Reyçel Rivz uzunmüddətli iqtisadi artımı dəstəkləyəcək planlarını açıqlayıb. O, Londonun Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının tikintisini dəstəkləyib, Oksford və Kembric universitet şəhərləri arasında Silikon Vadisi tipli texnologiya mərkəzinin yaradılmasını təklif edib, həmçinin Mançester Yunayted klubunun Old Trafford stadionunun ətraf bölgələrinin bərpasına dəstək verib.

Qeyd edək ki, Brexit sonrası Avropa İttifaqı ilə iqtisadi əlaqələrin yenidən qurulması – hökumət AB ilə daha yaxın ticarət əlaqələri yaratmaq və iqtisadi əməkdaşlığı artırmaq üçün "reset" (yenidən tənzimləmə) planını nəzərdən keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://banco.az
archiveBu xəbər 14 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri