İngiltərə Kuboku: “Lids” növbəti mərhələyə əziyyətlə keçdi
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Lids” İngiltərə Kubokunda növbəti mərhələyə yüksəlsə də, “Birmingem”lə duel komanda üçün heç də asan keçməyib.
İdman.Biz xəbər verir ki, təşəbbüs uzun müddət “Birmingem”də olub. Meydan sahibləri bir neçə real imkan qazansa da, hesabı aça bilməyiblər.
Daniel Farke fasilədə heyətə müdaxilə etdikdən sonra “Lids” daha inamlı təsir bağışlayıb və Lukas Nmeçanın uzaq məsafədən baxımlı zərbəsi ilə önə keçib.
Buna baxmayaraq, oyun ssenarisi tam dəyişməyib. “Birmingem” son dəqiqələrdə Patrik Robertsin topa toxunuşundan sonra hesabı bərabərləşdirərək matçı əlavə vaxta daşıyıb. Əlavə yarım saat qarşılıqlı hücumlar şəraitində keçsə də, qalib müəyyənləşməyib.
Penaltilər seriyasında isə daha dəqiq tərəf “Lids” olub və komanda mərhələ adlayıb. Premyer Liqada qalmaq uğrunda mübarizədə üstün mövqedə olan Farkenin kollektivi indi həm çempionatda, həm də kubokda yoluna davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 15 Fevral 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















