İngiltərə millisi İspaniyaya qalib gəlib titulunu qorudu
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadınlar arasında keçirilən futbol üzrə Avropa çempionatının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, final İsveçrənin Bazel şəhərində baş tutub.
Həlledici görüşdə İngiltərə və İspaniya yığmaları üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Tərəflər hərəyə 1 qol vurublar - 1:1.
Belədə, qalib penaltilər seriyasında müəyyənləşib. "Lotoreya"da isə İngiltərə millisinin üzü gülüb. İspaniya yığmasına 3:1 hesabı ilə qalib gələn ingilislər ikiqat Avropa çempionu tituluna yiyələniblər.
İngiltərə millisi bundan əvvəl 2022-ci ildə - son Avropa çempionatında qitənin ən güclüsü olmuşdu.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Fransadan İspaniyaya
02 Sentyabr 2025 17:21
Konyada ağır məğlubiyyət: Türkiyə millisi İspaniyaya uduzdu
08 Sentyabr 2025 00:46
İspaniyaya rekord sayda turist gəlib
02 Avqust 2025 12:04
Almaniyadan İspaniyaya qayıdacaq
29 Aprel 2025 19:50
İspaniyaya gedə bilər
27 Dekabr 2024 19:17

