Icma.az
close
up
RU
İngiltərə müharibəyə hazırlaşır Yeni müdafiə planı açıqlandı

İngiltərə müharibəyə hazırlaşır Yeni müdafiə planı açıqlandı

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın yeni hücum tipli nüvə sualtı qayıqlarının inşa ediləcəyi Qlazqodakı gəmiqayırma zavodunda səsləndirilib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Starmer çıxışında Rusiyanı Avropaya qarşı aqressivlikdə ittiham edərək bildirib ki, təhlükə həm təcili, həm də proqnozlaşdırıla bilməz xarakter daşıyır. O, “Bu səbəbdən müharibəyə hazır olmalıyıq”, – deyə xəbərdarlıq edib.


İngiltərə hökuməti NATO-nun keçmiş baş katibi Corc Robertsonun rəhbərliyi ilə hazırlanmış strateji müdafiə hesabatına əsaslanaraq ordunun yenidən qurulması və gücləndirilməsi ilə bağlı genişmiqyaslı proqram elan edib. Hesabatda ölkənin 7 min uzaqmənzilli raketlə təchiz olunması, yeni kiber komanda mərkəzinin yaradılması və nüvə imkanlarının artırılması tövsiyə olunur.


Hökumətin qəbul etdiyi yeni müdafiə planına əsasən 12 yeni hücum sualtı qayığı inşa ediləcək, PUA istehsalı artırılacaq, silah-sursat ehtiyatları genişləndiriləcək, kiber təhlükəsizliyə 1,35 milyard dollar sərmayə yönəldiləcək, ordunun şəxsi heyətinin artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2,025 milyard dollar ayrılacaq.


Eyni zamanda, məktəblərdə hərbi təhsilin gücləndirilməsi və gənclərin silahlı qüvvələrə marağının artırılması məqsədilə yeni maarifləndirici proqramlar da nəzərdə tutulub. Hökumət ehtiyat qüvvələrin səfərbərliyi üçün hüquqi dəyişikliklərə hazırlaşır.


Müdafiə planları çərçivəsində İngiltərə ABŞ və Avstraliya ilə birlikdə yaratdığı AUKUS ittifaqı vasitəsilə nüvə sualtı qayıq donanmasını genişləndirməyi planlaşdırır. Lakin Donald Trampın ABŞ-də yenidən seçilməsi və onun NATO-ya münasibətdə nümayiş etdirdiyi mövqe, Londonu müttəfiqlərinə etimadı yenidən nəzərdən keçirməyə vadar edib.


“Financial Times” yazır ki, İngiltərə bu addımı ABŞ Donanmasının Avropadan qismən və ya tam çəkilmə ehtimalı fonunda atmağa qərar verib. Bu, eyni zamanda Rusiyaya qarşı hərbi çəkindiriciliyi artırmaq məqsədi daşıyır.


Ekspertlər bildirirlər ki, sualtı qayıqlar ABŞ-nin geri çəkilməsi halında tam təminat verməsə də, müəyyən qədər təhlükəsizlik zəmanəti yarada bilər.
İngiltərə həmçinin taktiki nüvə silahı daşıya bilən yeni təyyarələr almağı planlaşdırır. Bu, ölkənin ABŞ-dən olan nüvə asılılığını azaltmaq məqsədi daşıyır. Liberal Demokrat partiyasının deputatı Mayk Martin bu addımı “Britaniyanın Avropa təhlükəsizliyində artıq tam şəkildə ABŞ-yə güvənmədiyinin açıq göstəricisi” kimi dəyərləndirib.


Ekspertlərin fikrincə, əsas hədəf Rusiyanın nüvə təhdidlərinə qarşı cavab vermək üçün hava yolu ilə nüvə zərbəsi endirmək imkanına sahib olmaqdır.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri