İngiltərə nəhəngi 11ci qapıçı üçün milyonlar ödəyəcək MƏBLƏĞ
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Çelsi" klubu yeni qapıçı transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Xəbərə görə, "zadəganlar" "Liverpul"un 25 yaşlı qolkiperi Kuivin Kelleheri sıralarına cəlb etməkdə maraqlıdır. Mənbə "Liverpul"da əsas qapıçı ola bilməyəcəyini və Alisson zədədən qayıdandan sonra ehtiyatda qalacağını anlayan 25 yaşlı irlandiyalının iş yerini dəyişməyi uyğun saydığını vurğulayıb. "Çelsi"nin isə bu keçid üçün "qırmızılar"a 42 milyon avro ödəməyi planlaşdırdığı bildirilib. Kelleherin xidmətində "Yuventus" və "Napoli" kimi İtaliya təmsilçilərinin də maraqlı olduğu, lakin Kuivinin İPL-də qalmağı hədəflədiyi və bu səbəbdən "Çelsi" variantını üstün hesab etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, hazırda müqavilə ilə "Çelsi"yə məxsus olan 10 qapıçı var. Bunlar Robert Sançes, Filip Yorgensen, Markus Betinelli, Corce Petroviç, Kepa Arrisabalaqa, Mayk Penders, Qebriel Slonina, Lyuk Kempbell, Ted Kerd və Teddi Şarman-Loudur.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















