İngiltərə nəhəngi Barselonanın ulduzu uğrunda mübarizəyə qoşuldu
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın müdafiəçisi Ronald Arauxo Londonun "Arsenal" klubunun hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Arauxo oyun təcrübəsinin azlığından (bu mövsüm cəmi 1 matça çıxıb) narazıdır və ona daha çox oynamaq vədi verəcək klub tapmağa çalışır.
Mənbənin məlumatına görə, daha əvvəl "Yuventus"un futbolçunu icarəyə götürməkdə maraqlı olduğu bildirilirdi. Mübarizəyə "Arsenal" da qoşulub. Londonlular onu yanvarda heyətinə cəlb etməyə hazırlaşır.
25 yaşlı uruqvaylının Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Barselona" rəhbərliyi onun müqaviləsinin müddətini uzatmağa razılıq verəcəyinə ümid edir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















