Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İngiltərə Premyer Liqası: London derbisinin intizarında

İngiltərə Premyer Liqası: London derbisinin intizarında

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Premyer Liqasının XIII turu iki gün ərzində keçiriləcək və bu müddətdə bir neçə vacib qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun mərkəzi oyunu şübhəsiz “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək böyük London derbisi olacaq. Hazırda “Arsenal” turnir cədvəlinin zirvəsində qərarlaşıb, “Çelsi” isə ikinci pillədədir.

Eyni zamanda böhran yaşayan, 12-ci yerə qədər geriləyən “Liverpul”un çıxışı da diqqətdə olacaq. Həmçinin 3-cü pillədə yer alan “Kristal Pelas”ın “Mançester Yunayted”lə dueli maraqla gözlənilir.

“Çelsi” - “Arsenal”

Bu qarşılaşma 13-cü turun əsas hadisəsi kimi dəyərləndirilir. “Arsenal” derbiyə lider kimi gəlir: komandanın 12 matçdan sonra 29 xalı var. “Çelsi” isə 23 xalla ikinci pillədədir və altı xallıq fərqi azaltmağa çalışır.

Hər iki komanda həftəortası Çempionlar Liqasında parlaq çıxış edib. “Çelsi” “Barselona”nı 3:0 hesabı ilə məğlub edərək derbiyə yüksək əhval-ruhiyyə ilə gəlir. “Arsenal” da güclü oyun sərgiləyərək “Bavariya”nı 3:1 üstələyib. Mikel Arteta görüşdən sonra bildirib ki, bir böyük qələbədən sonra dərhal növbətisini qazanmaq vacibdir.

“Çelsi” qarşılaşma öncəsi mühüm əlavə güc qazanıb: Koul Palmer tam sağalıb və start heyətində yer ala bilər. Baş məşqçi Enzo Mareska Dario Essuqonun da məşqlərə qayıtdığını deyib. Lakin Romeo Lavia və Levi Kolvilllə bağlı problemlər davam edir. “Arsenal”da əsas sual Leandro Trossardla bağlıdır: Artetanın sözlərinə görə, futbolçu əlavə müayinədən keçəcək və matçda iştirakı hələ də mümkündür.

Hər iki komandanın çalışdırıcıları derbinin əhəmiyyətini xüsusi vurğulayıblar. Mareska azarkeşlərin dəstəyinin vacibliyini qeyd edərək onların son avrokubok oyununda yaratdığı möhtəşəm atmosferi xatırladıb. Arteta isə rəqibin gücündən danışaraq “Çelsi”nin çempionluq uğrunda mübarizəni tam haqq etdiyini deyib.

Qeyd edək ki, komandalar indiyədək 211 dəfə üz-üzə gəlib. Bu görüşlərin 84-də “topçular”, 66-da isə “aristokratlar” qələbə qazanıb. Digər oyunlar heç-heçə başa çatıb.

APL-in 13-cü turunun oyunları

29 noyabr

“Brentford” – “Bernli”

“Mançester Siti” – “Lids”

“Sanderlend” – “Bornmut”

“Everton” – “Nyukasl”

“Tottenhem” – “Fulhem”

30 noyabr

“Kristal Pelas” – “Mançester Yunayted”

“Aston Villa” – “Vulverhempton”

“Nottingem Forest” – “Brayton”

“Vest Hem” – “Liverpul”

“Çelsi” – “Arsenal”

13-cü tur öncəsi APL-in turnir cədvəli

“Arsenal” – 29

“Çelsi” – 23

“Mançester Siti” – 22

“Aston Villa” – 21

“Kristal Pelas” – 20

“Brayton” – 19

“Sanderlend” – 19

“Bornmut” – 19

“Tottenhem” – 18

“Mançester Yunayted” – 18

“Everton” – 18

“Liverpul” – 18

“Brentford” – 16

“Nyukasl” – 15

“Fulhem” – 14

“Nottingem Forest” – 12

“Vest Hem” – 11

“Lids” – 11

“Bernli” – 10

“Vulverhempton” – 2

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri