İngiltərə Premyer Liqası: Tottenhem Çelsi oyununda qol yağışı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 15-ci turunun "Tottenhem" və "Çelsi" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Londonda (İngiltərə) "Tottenhem Hotspur" stadionunda baş tutub. Qarşılaşma 3:4 hesabı ilə qonaq "Çelsi"nin xeyrinə başa çatıb.
Hesab artıq beşinci dəqiqədə açılıb, "Tottenhem"in hücumçusu Dominik Solanke fərqlənib. 11-ci dəqiqədə Deyan Kuluşevski fərqi ikiyə çatdırıb. 17-ci dəqiqədə "Çelsi"nin heyətində Ceydon Sanço qollardan birinin əvəzini çıxıb. 61-ci dəqiqədə Koul Palmer penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 73-cü dəqiqədə "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes komandasını hesabda irəli çıxarıb. 84-cü dəqiqədə Koul Palmer ikinci penalti ilə dubl edib. 90+6-cı dəqiqədə "Tottenhem"li Son Hın Min oyunda son qolu vurub.
"Tottenhem Hotspur" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yerdədir. Komanda 15 görüşdə 20 xal toplayıb. "Çelsi" 31 xal toplayıb və ikinci yerdə qərarlaşıb. "Liverpul" 14 oyundan sonra 35 xalla birinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















