İngiltərə qadınlardan ibarət reqbi yığması Dünya Kubokunu qazanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 28 sentyabr, AZƏRTAC
İngiltərə qadınlardan ibarət reqbi yığması Tvikenhem stadionunda Kanadaya qarşı inamlı oyun nümayiş etdirərək üçüncü dəfə Dünya Kubokunu qazanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təxminən 82 min tamaşaçının iştirak etdiyi qarşılaşma qadın reqbisində yeni rekord sayılıb. “Qırmızı Qızılgüllər” adlanan İngiltərə yığması bundan əvvəl ardıcıl iki finalda Yeni Zelandiyaya uduzmuşdu. Bu dəfə isə güclü hücum xətti və möhkəm müdafiəsi ilə rəqibinə şans verməyərək həmin uğursuzluğun revanşını alıb. Bu qələbə ilə komanda ardıcıl 33-cü oyunda qalib gələrək rekordunu daha da artırıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Kristal Pelas ilk dəfə İngiltərə Kubokunu qazanıb
18 May 2025 14:33
Qvardiola: “İngiltərə Kubokunu qazanmağı sevirik”
30 Mart 2025 22:34
Mançester Siti İngiltərə Kubokunu qazana bilmədi
17 May 2025 22:40
Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunu qazandı
17 Mart 2025 03:16
Azərbaycan kubokunu Azəryol qazanıb
24 May 2025 17:55

