İngiltərə yığmasında iki itki
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İngiltərə yığmasında iki məcburi dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, milli komandanın baş məşqçisi Tomas Tuxel noyabr toplanışı üçün heyətə iki yeni futbolçu çağırıb. Buna “Nyukasl”ın iki oyunçusunun - Antoni Qordon ilə Nik Poupun zədəyə görə yığmadan kənarda qalması səbəb olub.
Qordon “Brentford”la sonuncu oyunda iştirak etməyib, Poup isə matçın ikinci hissəsində beyin sarsıntısı səbəbindən əvəzlənib. Beləliklə, hər iki futbolçunun İngiltərə yığmasının Albaniya və Serbiya ilə dünya çempionatının seçmə matçlarını buraxacağı dəqiqləşib.
Tuxel heyəti tamamlamaq üçün “Mançester Siti”nin qapıçısı Ceyms Traffordu və “Çelsi”nin müdafiəçisi Trevo Çalobanı milli komandaya çağırıb.
Baxış sayı:65
Bu xəbər 14 Noyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















