İngiltərədə 10 il ərzində 70 mindən çox sosial və münasib qiymətli mənzil tikiləcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 25 avqust, AZƏRTAC
Britaniya hökuməti ölkədə mənzil böhranının aradan qaldırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində təxminən 10 milyard funt sterlinq həcmində ilkin maliyyələşdirmənin hansı bölgələrə ayrılacağını açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, vəsait Böyük Mançester, Qərbi Midlend, Qərbi Yorkşir, Cənubi Yorkşir, İngiltərənin şimal-şərqi və Liverpulda yeni mənzillərin tikintisinə yönəldiləcək. Bundan əvvəl London üçün əlavə 6 milyard funt sterlinq ayrıldığı bildirilmişdi. Bu, hökumətin 39 milyard funt sterlinqlik sosial mənzil tikintisi proqramı çərçivəsində ölkə üzrə ümumilikdə 300 min sosial və münasib qiymətli mənzil inşa etmək planının ilk mərhələsidir.
Yeni mənzillərin 60 faizinin sosial kirayə üçün nəzərdə tutulacağı bildirilib. Sosial kirayə mənzillərində ödəniş adətən bazar qiymətlərinin təxminən yarısı səviyyəsində olur və bu mənzillər üçün müraciət edən şəxslər müəyyən meyarlara cavab verməlidirlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 25 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















