İngiltərədə dünyanın ən uzun sahilyanı gəzinti zolağı açılıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İngiltərənin bütün sahil xətti boyunca uzanan və dünyanın ən uzun mühafizə olunan piyada gəzinti zolağı rəsmən istifadəyə verilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, marşrutu yaradan "Natural England" təşkilatı yolun ümumi uzunluğunun 4 327 kilometr olduğunu bildirib. Bu göstərici ilə yol öz növündə dünya rekordu qırıb.
Yeni piyada yolu Britaniya monarxının şərəfinə "Kral III Çarlzın Sahil Yolu" (King Charles III England Coast Path) adlandırılıb. Bu layihə ilk dəfə olaraq ölkənin bütün sahil zolağını fasiləsiz şəkildə gəzməyə şərait yaradır.
Marşrut olduqca mənzərəli və müxtəlif coğrafi ərazilərdən keçir. Səyahətçilər bu yol boyunca qumlu çimərlikləri, sıldırım qayalıqları, duzlu bataqlıqları, qum təpələrini və qədim sahil şəhərlərini yaxından görə biləcəklər. Layihə həm ekoturizmin inkişafı, həm də ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Baxış sayı:226
Bu xəbər 20 Mart 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















