İngiltərədə PKK tərəfdarlarına qarşı əməliyyat keçirilib
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərədə ikinci dəfə aksiya keçirən PKK tərəfdarları ilə polis arasında yenidən qarşıdurma olub. İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardığı istintaqda “çox ciddi” iddiaları araşdırdıqlarını açıqlayıb.
Reyting.az xəbər verir ki, Londonda “Turnpike Lane” qatar stansiyasının çıxışında toplaşan PKK tərəfdarları polisin axtarış apardığı Haringeydə “icma mərkəzi” adı altında istifadə etdikləri dərnəyə doğru yürüş ediblər.
Yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən terror təşkilatı tərəfdarları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşub. PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri ataraq hücuma cəhd etdikdən sonra qruplaşma ilə polis arasında dava düşüb.
London polisinin məlumatına görə, Terrorla Mübarizə İdarəsi 27 noyabrda səhər saatlarında paytaxtın müxtəlif ünvanlarında əməliyyat keçirib.
PKK-ya qarşı aparılan istintaq çərçivəsində ikisi qadın olmaqla yeddi nəfərin nəzarətə götürüldüyü bildirilir.
Məlumata görə, axtarışların aparıldığı ünvanların ətrafı piyada və nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb, bölgədə polis və patrulların sayı artırılıb.
Türkiyədəki rəsmi mənbələr də təhlükəsizlik qüvvələrinin terrorizmin maliyyələşdirilməsi, qara pulla mübarizə və Böyük Britaniyanın terror təşkilatı kimi qəbul etdiyi PKK-ya qarşı kadr toplanması kimi məsələlər üzərində işlədiyini bildirib. Bu kontekstdə müvafiq məlumatların mütəmadi olaraq Türkiyə səlahiyyətliləri tərəfindən Britaniya səlahiyyətlilərinə ötürüldüyü və dosye tamamlandıqdan sonra Britaniya səlahiyyətlilərinin əməliyyat qərarı verdiyi qeyd edilib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:İngiltərədə PKKya qarşı əməliyyat keçirilib
27 Noyabr 2024 20:28
İngiltərədə unikal əməliyyat keçirilib
15 Noyabr 2024 15:58
İngiltərədə PKK əməliyyatı: saxlanılanlar var
27 Noyabr 2024 15:35
PKK ya qarşı əməliyyat KEÇİRİLDİ
22 Yanvar 2025 09:40
Tartusda Əsəd tərəfdarlarına qarşı əməliyyat başladılıb
26 Dekabr 2024 14:37
Baxış sayı:84
Bu xəbər 29 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















