İngiltərədə səhiyyə sistemi çökdü: Xəstələrin müalicəsi anbarlarda edilir
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
İngiltərədə xəstəxanalarda yer tükəndiyi üçün xəstələr otaqlar əvəzinə ofislərdə, anbarlarda və hətta avtomobil parklarında müalicə olunurlar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin Milli Səhiyyə Xidməti məlumat yayıb.
Belə ki, səhiyyə sistemindəki acınacaqlı vəziyyət Kent şəhərindəki William Harvey Xəstəxanasında çəkilmiş bir foto ilə ortaya çıxıb.
Sıxlıq səbəbindən xəstəxana otaqlarına aparıla bilməyən yaşlı xəstələr dar xəstəxana dəhlizlərində xərəklərdə müalicəni saatlarla gözləmək məcburiyyətində qalıblar.
Kral Tibb Bacısı Kollecinin (RCN) hesabatına görə, İngiltərədəki xəstəxanalardakı təcili yardım şöbələri həddindən artıq sıxlığın öhdəsindən gələ bilmir. Təcili yardım şöbəsində 12 saatdan çox gözləyən xəstələrin bir ay ərzində ölmə ehtimalının əhəmiyyətli dərəcədə artdığı ifadə edilir.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















