İngiltərədə səhiyyə xidmətinin minlərlə əməkdaşı ixtisar olunacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 12 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti İngiltərənin Milli Səhiyyə Xidmətini (NHS England) ləğv etmək və onu Səhiyyə və Sosial Qulluq Nazirliyinin tərkibinə daxil etmək planlarını davam etdirir.
AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, “NHS England” rəhbərliyi çərşənbə axşamı keçirilən iclasda işçilərə növbəti ildən etibarən könüllü ixtisarların həyata keçiriləcəyini təsdiqləyib. Bu ixtisarlar həm təşkilatın özünü, həm də yerli inteqrasiya olunmuş səhiyyə idarələrini əhatə edəcək. Məlumata görə, təqdim edilən daxili slaydda “NHS England” işçi sayının 50 faiz azaldılacağını bildirib. İxtisarların 2026-cı ilin mart ayının ortalarından etibarən mərhələli şəkildə həyata keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, hökumət bu ilin əvvəlində “NHS England” ın ləğv ediləcəyini və onun idarəetməsinin Səhiyyə və Sosial Qulluq Nazirliyinə veriləcəyini açıqlamışdı. 2013-cü ildə o zamankı Mühafizəkarlar Partiyasından səhiyyə naziri Endryu Lanslinin təşəbbüsü ilə yaradılan “NHS England” hazırda 15 mindən çox əməkdaşı ilə səhiyyə sisteminə daha çox müstəqillik vermək məqsədi daşıyırdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















