İngiltərədə universitetlərdə təhsil haqları 2026 cı ildən etibarən artırılacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London, 20 oktyabr, AZƏRTAC
İngiltərədə universitetlərdə təhsil haqları 2026-cı ildən başlayaraq hər il inflyasiyaya uyğun şəkildə artırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumət açıqlama verib.
Təhsil naziri Bridet Fillipson parlamentdə çıxışı zamanı bildirib ki, növbəti iki il üçün artım təsdiqlənib və gələcəkdə bu artımın hər il avtomatik baş verməsini təmin edəcək qanunvericilik hazırlanır.
Hazırda İngiltərədə universitetlərin illik təhsil haqqı təxminən 9 min 535 funt-sterlinq təşkil edir. Bu məbləğ son on ildən artıq müddətdə ilk dəfə ötən il artırılıb. 2026-cı ildə universitet haqlarının təxminən 400 funt artacağı və 9 min 900 funt-sterlinqdən çox olacağı gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















