İngiltərədən 2026/2027 Çempionlar Liqasında beş komanda iştirak edəcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqasının yekunlarına əsasən beş ingilis klubu 2026/27 mövsümünün UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
İdman.Biz bildirir ki, İngiltərə klubları, “Arsenal”ın Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda “Sportinq” üzərində 1:0 hesablı qələbəsi sayəsində gələn mövsümün aparıcı Avropa klub yarışında əlavə bir yer qazandılar.
Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsi 36 komandayadək genişləndirildiyi üçün klubları ən çox UEFA əmsal xalı toplayan ölkələrin komandalarına iki əlavə yer veriləcək. “Arsenal”ın qələbəsi 2025/26 mövsümündə ingilis klublarının ümumi xal sayını 25.013-ə çatdırır. Almaniya və İspaniya digər yer uğrunda mübarizə aparacaq.
“Liverpul” Premyer Liqanın turnir cədvəlində 49 xalla beşinci yerdədir. Sonrakı yerləri “Çelsi” (48 xal), “Brentford” və “Everton” (hər biri 46 xal) tuturlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:222
Bu xəbər 08 Aprel 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















