İngiltərənin istiqraz buraxılışında tarixi faiz səviyyəsi
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərənin istiqraz buraxılışında tarixi faiz səviyyəsi.
Banco.az xəbər verir ki, İngiltərə istiqraz buraxılışı zamanı ən azı 1998-ci ildən bəri ən yüksək borclanma xərcini ödəyib. Ölkə 2056-cı ilin yanvarında müddəti başa çatacaq 4,25 milyard funt sterlinq (5,7 milyard dollar) həcmində istiqrazları 5,8168 faiz gəlirliliklə buraxıb. Bu, Borcların İdarə Edilməsi İdarəsinin (DMO) fəaliyyətə başladığı 1998-ci ildən bəri dövlət istiqrazlarının buraxılışı zamanı qeydə alınan ən yüksək faiz göstəricisidir.
Mənbələrə görə, istiqrazın gəlirliliyi 2055-ci ilin dekabrında müddəti başa çatan 4,25 faizlik “Gilt” istiqrazına nisbətən 0,75 baza bəndi əlavə gəlirliliklə müəyyənləşdirilib. Yekun sifariş həcmi 85 milyard funt sterlinq olub və tələbin təklifə nisbəti 20 dəfə təşkil edib.
İstiqrazın kupon faizi 5,375 faiz olub. Buraxılışda “BofA”, “Goldman Sachs”, “JPMorgan”, “Santander” və “UBS” birgə əsas təşkilatçılar qismində çıxış edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 Sentyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















