Icma.az
close
up
RU
İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət REPORTAJ

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət REPORTAJ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 26 avqust, AZƏRTAC

Maşından enər-enməz birbaşa o məşhur küçəyə doğru üz tuturam. Məqsədim turistlər bura axışmadan küçənin şəkillərini çəkməkdir. Ancaq görünür, böyük tur avtobuslarından enən digər turistlər də mənimlə eyni fikirdədirlər. Səhər saatları olmasına baxmayaraq, küçə artıq kifayət qədər izdihamlıdır.

İngiltərənin ən məşhur və ən çox fotosu çəkilən kəndlərindən biri hesab olunan Bayburidəyəm (ing. Bibury). Bayburi İngiltərənin cənub-mərkəzi və cənub-qərb hissələrini əhatə edən, təbiəti və tarixi kəndləri ilə məşhur Kotsvolds bölgəsində yerləşir. Bura yaşıl təpələri, mənzərəli gəzinti yolları və bal rəngli əhəngdaşından tikilmiş ənənəvi evləri ilə tanınır. Balaca kənd evləri, kəndin içindən axan çay və özünəməxsus sakit ab-havası ilə Bayburi insanı bir neçə saniyə ərzində öz ağuşuna alır. Kəndin əsas görməli yeri isə məşhur Arlinqton Rou küçəsidir. Bayburinin Böyük Britaniyanın ən çox fotosu çəkilən kəndlərindən biri kimi tanınmasında da məhz bu küçənin böyük rolu var.

Arlinqton Roudakı daş evlərin tarixi əsrlər əvvələ gedib çıxır. Təxminən 1380-ci ildə monastıra məxsus yun anbarı kimi inşa edilən tikililər XVII əsrdə toxucular üçün yaşayış evlərinə çevrilib. Əsrlər keçməsinə baxmayaraq, bu tarixi tikililər özünəməxsus görünüşünü qoruyub saxlayıb. Bu gün Arlinqton Rou Bayburinin əsas simvollarından biri və turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

Ancaq bu qədər məşhur bir kənddə yaşamağın başqa tərəfi də var. Bura gələn turistlərin sayı illər keçdikcə artır. Xüsusilə Arlinqton Rouda gün ərzində turist axını səngimir. Britaniya mətbuatında yerli sakinlərin həddindən artıq turizmin yaratdığı problemlərdən şikayətləri də zaman-zaman gündəmə gəlir. Sosial mediada davamlı olaraq yayılan görüntüləri nəzərə alsaq, yaxın illərdə Bayburiyə marağın azalacağını düşünmək çətindir. Bu yaxınlarda mətbuatdan oxuduğuma görə, kənddə yeni kafe və mağazanın açılması planına icazə verilməyib. Buna səbəb kəndə onsuz da hər gün çoxsaylı turist və turist avtobuslarının gəlməsi, yeni obyektin isə turist sıxlığını və nəqliyyat problemini daha da artıra biləcəyi ilə bağlı narahatlıqlar olub. Yerli şura avqustun 11-də layihəni yekdilliklə rədd edib.

Bayburi kəndinin özü çox balacadır. Buna görə də bura gələnlərə Kotsvoldsun yaxınlıqdakı digər kənd və şəhərciklərini də görməyi məsləhət görərdim. Buradan təxminən 15 dəqiqəlik avtomobil məsafəsində Burford, bir saat uzaqlıqda isə Kotsvoldsun digər məşhur kəndlərindən biri olan Kasl Kum (ing. Castle Combe) yerləşir.

Kiçik küçələri, daş evləri, körpüsü, bir neçə kafesi və pabı ilə Kasl Kumu gəzmək üçün uzun vaxta ehtiyac yoxdur. Biz də Bayburidən sonra Kasl Kuma yola düşməyə qərar veririk. Burada diqqətimi çəkən ən maraqlı detallardan biri isə evlərdən birinin qarşısında satışa qoyulan evdə hazırlanmış kekslər oldu. Kənd sakini hazırladığı keksləri paketləyərək qapısının qarşısına düzüb. Burada nə satıcı dayanıb, nə də kimsə sizdən ödəniş tələb edir. Bəyəndiyiniz keksi götürüb təxminən 5-6 funt sterlinqi qapıdan içəri atırsınız.

Qapının üzərindəki kiçik yazı isə bu mənzərəni daha maraqlı edir: “This is run on trust” – “Bu, etimada əsaslanır”.

Kəndi gəzməyə davam edirik. İsti və günəşli havadan istifadə edənlər kafelərin qarşısında əyləşib, bəziləri itləri ilə küçələrdə gəzir, digərləri isə tarixi evlərin qarşısında şəkil çəkdirirlər. Kasl Kum da Bayburi kimi kiçikdir. Təxminən 30-40 dəqiqə kəndi gəzmək üçün kifayət edə bilər. Amma Kotsvolds kəndlərinin qəribə bir xüsusiyyəti var: onları cəmi yarım saata gəzib bitirsəniz belə, gördüyünüz mənzərələr uzun müddət yaddaşınızdan çıxmır.

Son illərdə Kotsvolds həm britaniyalılar, həm də xarici turistlər arasında son dərəcə populyar bölgəyə çevrilib. Bu maraq burada daşınmaz əmlakın qiymətlərində də özünü göstərir. Xüsusilə Bayburi və Kasl Kum kimi məşhur kəndlərdə ev sahibi olmaq hər kəs üçün əlçatan deyil. Ailəsindən, nənə-babasından burada ev qalan insanlar üçün belə bir mülkə sahib olmaq, demək olar ki, lotereya udmaq kimidir. Amma bunun da öz qiyməti var: ilin böyük hissəsində dünyanın müxtəlif yerlərindən gələn turistlər sözün əsl mənasında qapınızın qarşısından keçirlər.

Bütün bunlara baxmayaraq, Kotsvoldsda bu bal rəngli daş evlərdən birinə sahib olmaq, yəqin ki, Britaniyaya köçən mənim kimi bir çox insanın xəyalıdır. Bayburi və Kasl Kumda keçirdiyimiz vaxt uzun olmadı. Ancaq bəzən bir məkanı yadda saxlamaq üçün orada saatlarla qalmağa ehtiyac yoxdur. Kotsvoldsun bu balaca kəndlərini 30-40 dəqiqəyə gəzə bilərsiniz, amma onların yaratdığı təəssürat, bəlkə də, bir ömür yaddaşınızdan çıxmayacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri