Icma.az
close
up
RU
İngiltərəyə Avropadan gətirilən ət və süd məhsullarına qadağa qoyulub

İngiltərəyə Avropadan gətirilən ət və süd məhsullarına qadağa qoyulub

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniya Avropadan qayıdan turistlərə özləri ilə ət və süd məhsulları gətirməyi qadağan edib. Yeni siyasət minlərlə Britaniya vətəndaşının Pasxa bayramları üçün xaricə səyahətə hazırlaşdığı bir vaxtda qüvvəyə minir. Qərarın səbəbi dabaq xəstəliyindən qorxmasıdır.

Bizimyol.info xəbər verir ki, Britaniya hökumətinin qərarına əsasən, Böyük Britaniyaya qayıdan sərnişinlər bundan sonra özləri ilə mal, donuz, quzu və keçi əti, eləcə də süd məhsulları gətirə bilməyəcəklər.

Yeni qaydalar hətta kiçik miqdarda yemək hədiyyələrini, məsələn, Fransadan pendir və ya Almaniyadan gələn kolbasaları əhatə edir.

Kənd təsərrüfatı naziri Daniel Zayxner: “Bu hökumət Britaniya fermerlərini dabaq xəstəliyindən qorumaq üçün əlindən gələni edəcək. Şəxsi ət və süd məhsulları idxalına qoyulan yeni məhdudiyyətlərlə biz xəstəliyin yayılmasının qarşısını almağı və ərzaq təhlükəsizliyimizi qorumağı hədəfləyirik”, - deyib.

Bu sxemə əsasən, bəyan edilməmiş hər hansı ət və ya süd məhsulları Böyük Britaniyanın sərhəd təhlükəsizlik qrupları tərəfindən müsadirə olunacaq və məhv ediləcək. Qaydaları pozan sərnişinlər 5000 funt-sterlinqə qədər cərimə və ya qanuni tədbirlərlə üzləşə bilər.

Hökumət "X" sosial media platformasında verdiyi açıqlamada qərarın Brexit ilə deyil, Avropa qitəsində artan dabaq xəstəliyi ilə bağlı olduğunu bildirib. Hazırda İngiltərədə xəstəliklə bağlı heç bir hadisə qeydə alınmayıb.

Pasxa tətilində yüz minlərlə Britaniya vətəndaşının Avropaya səyahət edəcəyi gözlənilir. Pasxa cümə günü səhər yalnız Dover limanından xaricə 5500-ə yaxın nəqliyyat vasitəsinin çıxacağı təxmin edilir. Təyyarə ilə səyahət edənlər üçün ümumilikdə 11 mindən çox uçuş planlaşdırılıb.

Liberal demokrat deputat Karoline Voaden hökuməti Aİ ilə baytarlıq sazişi imzalamadığına görə tənqid edib. "Bu qadağalar uzunmüddətli biotəhlükəsizliyi təmin etmir. Aİ ilə hərtərəfli baytarlıq sazişi təcili olaraq lazımdır", - deyə Voaden qeyd edib.

Yeni tənzimləmə Brexitdən sonra Böyük Britaniya və Aİ arasında yaşanan səyahət problemlərinə yenisini əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri