İnkişaf turniri: Azərbaycan yığması böyük hesabla uduzdu
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.
Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
Azərbaycan milli komandası növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:Azərbaycan yığması Litvaya böyük hesabla uduzdu
06 İyul 2025 22:06
Azərbaycan yığması Albaniyaya böyük hesabla uduzdu
19 Mart 2025 20:20
Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu
11 May 2025 19:52
Azərbaycan yığması Estoniyaya da böyük hesabla uduzdu
29 Noyabr 2024 15:21
Azərbaycan yığması ilk oyunda böyük hesabla uduzdu
19 Fevral 2026 18:01
Baxış sayı:134
Bu xəbər 24 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















