Icma.az
close
up
RU
İnkişafdan qalmış hamiləlikdən sonra...

İnkişafdan qalmış hamiləlikdən sonra...

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnkişafdan qalmış hamiləlik. Bu hamilə qadın üçün ən qorxunc diaqnozlardan biridir.

Bir çox qadınlar inkişafdan qalmış hamiləlikdən sonra depressiyaya düşərək, fikirləşir ki, sağlam uşaq dünyaya gətirə bilməzlər. Lakin bu tam səhv fikirdir. Statistikaya  görə, 80-90% qadınlar inkişafdan qalmış hamiləlikdən sonra hamilə qalır və sağlam uşaq dünyaya gətirirlər.

Həkimlərin fikirinə görə, hətta ən sağlam qadın inkişafdan qalmış hamiləlikdən sığortalanmayıb. Məsələ burasındadır ki, belə hamiləliyin əsas səbəblərindən biri döldə olan getetik patologiyadır. Tam sağlam qadında da belə "xəstə" döl inkişaf edə bilər. Nəticədə qadının orqanizmində müəyyən qoruyucu mexanizm işə düşür ki, belə döl qadın orqanizmi tərəfindən sanki "qəbul olunmur" və məhv edilir.

Həkimlər inkişafdan qalmış hamiləlikdən yalnız 6 (bəzən 12) ay sonra növbəti hamiləliyin planlaşdırmağını tövsiyə edir. Bu müddət ərzində qadının orqanizmi istirahət etməlidir və bərpa olunmalıdır. Lazım olduqda qadına müalicə təyin oluna bilər.

İnkişafdan qalmış hamiləlikdən sonra hər bir qadın (!) mütləq ginekoloqa müraciət etməli və bütün lazım olan müayinə və analizlərdən keçməlidir. Bunun nəticəsində bu halın səbəbi (və ya səbəbləri) aşkar olunacaq.

Analizlər və müayinələr bunlardır:

- dölün hüceyrələrinin sitogenetik və histoloji müayinəsi. Bu analizlərin nəticəsində döldə genetik patologiyanın olub-olmaması təyin edilir;

- uşaqlıq yolundan yaxmanın analizi;

- infeksiyalara görə analiz (xlamidioz, mikoplazmoz, ureaplazmoz, trixomoniaz, herpes, sitomeqalovirus və s.);

- hormonal analiz (LH, FSH, prolaktin, estradiol, progesteron, testosteron, kortizol, qalxanvari vəzi hormonları və s.);

- kiçik çanaq orqanlarının USM-i;

- koaquloqramma (qanın laxtalanmasının analizi);

- qanda fosfolipidlərə və xorionik honadotropinə qarşı anticisimlərin təyini;

- bəzi hallarda (xüsusilə inkişafdan qalmış hamiləliyin halı bir neçə dəfə təkrar olunduqda) qadına və onun həyat yoldaşına genetik müayinə təyin oluna bilər.

İnkişafdan qalmış hamiləliyin profilaktikası

- sağlam həyat tərzi (sağlam qidalanma, idman, ziyanlı vərdişlərin olmaması və s.),

- hamiləliyə hazırlıq (Bu haqda saytımızda olan "Hamiləliyə hazırlıq - çox vacib mərhələdir" məqaləsində oxuya bilərsiniz.)

- hamiləliyin planlaşdırılması dövründə və hamiləliyin 1-ci üçaylığında fol turşusunun və E vitamininin qəbulu.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri