Icma.az
close
up
RU
İnkişafın əsas sütunu

İnkişafın əsas sütunu

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qeyri-neft sektoru üzrə daxilolmalar artıb

2026-cı ilin yanvar-avqust ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə iqtisadi fəallıq artıb və bu dinamika fiskal yığımlara mühüm təsir göstərib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 900,1 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb. Həmin vergilərin 9,5 milyarda manata yaxını  qeyri-neft-qaz sektorundan daxilolmalardır. Bu sahə üzrə büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 12,3 faiz çoxdur.

Qeyri-neft sektorundakı artım digər yığım mənbələrində də özünü göstərib. Belə ki, yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox təşkil edib. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.

Həmçinin, icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon manata yaxın təşkil edib.

50 milyarddan 90 milyard manata çatan əlavə dəyər

Hazırda qeyri-neft ÜDM-in həcmi cəmi ölkə üzrə yaradılan əlavə dəyərin (illik)  təxminən 90 milyard manatına bərabərdir. Halbuki bu rəqəm, 2020-ci ildə 50,8 milyard manat təşkil edirdi. Cəmi beş il ərzində (2026-cı il nəzərə alınmadan) bu sektorda təxminən 70 faizlik artım baş verib. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir və iqtisadi genişlənmə qeyri-neft drayverləri olan istehsal, sənaye, turizm, xidmət və innovasiyalar, tranzit daşınmaları üzrə təmin edilməkdədir. Son illərdə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb. Bu, onu göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq - yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyub, ölkə artıq təkcə neft gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür.

Qeyri-neft ÜDM-nin ilin sonunda 100 milyard manata çatacağı gözlənilir

Qeyd edək ki, hökumət bir müddət əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, sənəddə qeyri-neft sektoru üzrə artımın ilin əvvəlində tərtib edilmiş cari gözləntilərdən daha yüksək olacağı fərz olunur. 2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatının 1-2 faizlik artım tempi nümayiş etdirəcəyi, ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı gözlənilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. Yəni ilin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempi 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyr-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.

Xarici maliyyə institutlarının proqnozları nikbindir

Yeri gəlmişkən, beynəlxalq iqtisadi institutların açıqladığı hesabatlarda da Azərbaycanın iqtisadi artımının əsas sütunu kimi qeyri-neft yığımlarının başlıca yer tutacağı vurğulanır. “Fitch Solutions”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında bildirilir ki, neft sektorunda son illərdə azalmanın müşahidə edilməsi bu sektordan daxil olan gəlirləri də kiçildir, qlobal bazarlarda gözlənilən situasiyalar qarşıdakı dövrdə neft satışı üzrə fiskal yığımları bir qədər də azalda bilər. Ancaq buna baxmayaraq, qeyri-neft sahələri hesabına ümumi iqtisadi artım böyüməkdədir.

Digər iqtisadi qurumun - “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri isə hesab edirlər ki, Azərbaycan iqtisadiyyatında ilin sonunda qeyri-neft sektorunda artım təxminən 4 faiz gözlənilir.

Niderlandın “ING” təşkilatının bir müddət əvvəl açıqladığı qlobal hesabatda isə ölkəmizdə qeyri-neft ÜDM-nin 3-3,5 faiz nisbətində olacağı əksini tapıb. Asiya İnkişaf Bankının açıqladığı “Asian Development Outlook” icmalında isə Azərbaycanda ÜDM-in neftdənkənar bölməsində artım proqnozu 4-4,2 faiz intervalında qərarlaşdırılıb.

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2026-cı ildə qeyri-neft sektorunda orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir. Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2026-cı ildə qeyri-neft ÜDM-də 3,8 faiz təşkil edəcəyi ehtimal olunur.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri