Icma.az
close
up
RU
İnkluziv təhsil sistem dəyişikliyi tələb edir AÇIQLAMA

İnkluziv təhsil sistem dəyişikliyi tələb edir AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnkluziv təhsil son illərdə təhsil siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxsa da, onun real və dayanıqlı tətbiqi hələ də geniş müzakirə mövzusudur. Xüsusilə institusional səviyyədə hansı dəyişikliklərin zəruri olduğu və bu dəyişikliklərin qısa müddətdə konkret nəticə verib-verməyəcəyi suallar doğurur.

İnkluziv təhsilin real tətbiqi üçün hansı institusional dəyişikliklər zəruridir və bu dəyişikliklər qısa müddətdə müsbət nəticə verə bilərmi?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, inkluziv təhsilin real tətbiqi üçün ilk növbədə yanaşma dəyişməlidir. Onun sözlərinə görə, bu, sadəcə fərqli ehtiyacı olan uşağın sinfə yerləşdirilməsi deyil, sistemin həmin uşağa uyğunlaşdırılması deməkdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Finlandiya və Kanada təcrübəsində inkluziya ayrıca layihə kimi yox, dövlət siyasəti və məktəb mədəniyyəti kimi formalaşdırılıb. Yəni məsuliyyət bir müəllimin deyil, bütöv strukturun üzərindədir.

G.Əkbərova qeyd edib ki, institusional dəyişikliklər ilk növbədə müəllim hazırlığından başlamalıdır. İnkluziv sinifdə işləmək üçün diferensiallaşdırma, fərdi təhsil planı hazırlamaq və alternativ qiymətləndirmə üsullarından istifadə bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir. O, bölgələrdə apardığı müşahidələr zamanı müəllimlərin bu istiqamətdə istəkli və motivasiyalı olduğu açıq şəkildə görüb. Lakin praktiki dəstək mexanizmləri bütün məktəblərdə eyni səviyyədə tətbiq olunmadıqda müəllim əlavə məsuliyyətlə üz-üzə qala bilir. İnkluzivliyin uğurlu tətbiqi üçün mövcud təşəbbüslərin daha da sistemləşdirilməsi və məktəbdaxili dəstək mexanizmlərinin gücləndirilməsi müəllimin işini xeyli asanlaşdıra bilər:

"Məktəbdaxili dəstək strukturu da vacib amildir. Psixoloq, loqoped, xüsusi pedaqoq və sosial işçi kimi mütəxəssislərin koordinasiyalı fəaliyyəti inkluziv təhsilin dayanıqlığını artırır. Bu istiqamətdə hazırladığı təkliflərdə, xüsusilə Şimali Karolina Dövlət Universiteti üçün yazdığı inkluzivlik yönümlü əməkdaşlıq modelində universitet–məktəb tərəfdaşlığının qurulması, müəllimlər üçün praktik mentorluq sisteminin yaradılması və real sinif müşahidəsi əsasında geribildirim mexanizmlərinin tətbiqi vurğulanıb. Məqsəd nəzəri biliklə praktik tətbiq arasında körpü yaratmaqdır".

Günay Ələkbərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi

Müsahibimiz bildirir ki, eyni yanaşma Buxara Dövlət Universiteti üçün təqdim etdiyi təklifdə də irəli sürülüb. Orada inkluziv CLIL modeli çərçivəsində akademik və sosial inteqrasiyanın paralel şəkildə aparılması, ali təhsil müəssisəsində inkluziv mədəniyyətin formalaşdırılması əsas istiqamət kimi göstərilib. Çünki inkluziya yalnız məktəb mərhələsində deyil, təhsil sisteminin bütün pillələrində davamlı olmalıdır.

Katib əlavə edib ki, digər mühüm istiqamət kurikulum və qiymətləndirmə çevikliyidir. Standart proqramın hər şagird üçün eyni formada tətbiqi inkluzivliyin potensialını məhdudlaşdıra bilər. Fərdiləşdirilmiş yanaşma və alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqi beynəlxalq təcrübədə də effektiv hesab olunur. Bu, bərabərliyin eynilik demək olmadığını göstərir.

Sualın ikinci hissəsinə cavab olaraq həmsöhbətimiz bildirib ki, qısa müddətdə ən tez görünən dəyişiklik münasibət və məktəb mühiti səviyyəsində müşahidə olunur. Maarifləndirmə artdıqca və metodiki dəstək gücləndikcə müəllimin özünə inamı yüksəlir, sinif iqlimi daha sağlam olur. Akademik nəticələrin sabitləşməsi isə daha çox orta və uzunmüddətli mərhələdə formalaşır:

"İnkluziv təhsil ayrıca sosial təşəbbüs deyil, təhsil sisteminin keyfiyyət göstəricisidir. Sistemli yanaşma, davamlı inkişaf və əməkdaşlıq olduqda inkluziya real nəticə verir. Bu proses mərhələli olsa da, düzgün istiqamət seçildikdə müsbət dəyişikliklər qaçılmazdır".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri