İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Avtosfer.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC-dir.
Qalib şirkətə 17 523 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 38 940 manat ödənilib.
İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Aprel 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















