Icma.az
close
up
RU
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşma çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Beyin Mərkəzi” layihəsi əsasında SABAH qruplarının tələbələri üçün kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, müasir tədris metodlarının tətbiqi və praktiki bacarıqların inkişaf etdirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçiriləcək.

Agentlikdən 525.az-a bildirilib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində keçirilən fənlərin sillabusları yenidən dəyərləndiriləcək, yeni mövzular əlavə ediləcək və müasir tələblərə uyğun şəkildə yenilənəcək. Bu sahələrdə təhsil alan tələbələr və müəllimlər üçün müxtəlif vörkşoplar, seminarlar və təlimlər təşkil olunacaq. Tələbələrin bir hissəsinin istehsalat təcrübəsinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkili imkanları araşdırılacaq. Mərkəzin mütəxəssisləri tərəfindən tələbələrə mühazirə və seminarlar (distant və ya birbaşa) keçiriləcək və onlar müəllim kimi tədris prosesinə cəlb edilə biləcəklər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarından istifadə edilərək tədris müəssisələrinin laboratoriyaları inkişaf etdiriləcək.

Bundan əlavə, Agentliyin İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Dövlət Agentliyinin tabeliyində olan elm və təhsil müəssisələrinin SABAH qruplarının tələbələrinin təlim proqramlarına cəlb edilməsi və burada keçdikləri eyni məzmunlu dərslər üzrə kreditlərinin tanınması təmin ediləcək. Həmçinin tələbələrin təhsil aldıqları müəssisələrdə “Kiberklublar”ın yaradılmasına və onların fəaliyyət planlarının hazırlanmasına dəstək göstəriləcək. Praktiki dərslərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri iştirak edəcək və tələbələrə həm nəzəri, həm də praktiki biliklər qazandırılacaq. Təcrübə imkanlarının genişləndirilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində istehsalat təcrübəsinin təşkili və bu proses üçün əlavə imkanların yaradılması nəzərdə tutulur.

Bu əməkdaşlığın əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində bilikli və bacarıqlı mütəxəssislərin yetişdirilməsinə töhfə vermək, eləcə də müasir texnologiyalar üzrə tədris və praktiki təcrübə imkanlarını genişləndirməkdir.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri