Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

İnnovativ təşəbbüslər inkişafın mühüm amildir

İnnovativ təşəbbüslər inkişafın mühüm amildir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

XXI əsrdə  dövlətlərin inkişaf fəlsəfəsi köklü  dəyişmişdir. Əgər sənaye dövründə ölkələrin gücü onların təbii sərvətləri, ərazisi və istehsal potensialı ilə ölçülürdüsə, postindustrial dövrdə əsas göstərici insan kapitalı, innovasiya potensialı və texnoloji imkanlar hesab olunur. Bu gün dünyanın inkişaf etmiş ölkələri iqtisadi yüksəlişlərini yalnız dövlət proqramları üzərində deyil, həm də vətəndaş təşəbbüsləri, yaradıcı düşüncə, elmi yeniliklər və innovasiya ekosistemləri üzərində qururlar.

Azərbaycan da postneft dövrünə qədəm qoymuş bir ölkə kimi inkişaf modelini yenidən nəzərdən keçirmək məcburiyyətindədir. Belə bir şəraitdə ölkənin intellektual potensialından   səmərəli istifadə zəruridir.  Dövlət və cəmiyyət arasında ideya mübadiləsi hansı səviyyədədir? Vətəndaşların, alimlərin, müəllimlərin və müstəqil ekspertlərin irəli sürdüyü təşəbbüslər qərarvermə proseslərinə nə dərəcədə təsir edir? 

Bu kontekstdə vətəndaş təşəbbüslərinin innovativ inkişafda rolu strateji əhəmiyyət kəsb edir.

İnnovativ iqtisadiyyatında vətəndaş təşəbbüslərinin yeri

Müasir inkişaf nəzəriyyələrində innovasiya yalnız texnoloji yenilik kimi deyil, cəmiyyətin problemləri həll etmək qabiliyyəti kimi qiymətləndirilir. Bu baxımdan innovasiya dövlət aparatında deyil, ilk növbədə cəmiyyətdə yaranır.

Tarix göstərir ki, dünyanın ən böyük texnoloji dəyişiklikləri rəsmi kabinetlərdə deyil, fərdlərin təşəbbüsləri nəticəsində meydana çıxmışdır. İnternet, fərdi kompüterlər, sosial şəbəkələr, mobil texnologiyalar və süni intellekt platformalarının əksəriyyəti dövlət strukturlarından deyil, müstəqil təşəbbüslərdən yaranmışdır. 

Bu səbəblərdən inkişaf etmiş ölkələrdə dövlətin əsas funksiyası innovasiyanı yaratmaq deyil, innovasiyanın yaranması üçün münbit mühit formalaşdırmaq hesab edilir.  Bu mühitin əsas elementləri  azad fikir mühiti,  tənqidi təfəkkür, ideyaların sərbəst müzakirəsi,  maliyyə dəstəyi,  hüquqi təminatlar,  bürokratik maneələrin minimuma endirilməsi hesab edilir.  Əgər bu elementlərdən biri belə çatışmırsa, innovasiya ekosistemi zəifləyir.

Azərbaycanın problemi  ideya qıtlığı deyil, ideyaların qiymətləndirilməməsidir

Azərbaycanda innovativ inkişafla bağlı müzakirələrdə tez-tez ideya çatışmazlığı əsas problem kimi göstərilir. Hətta bəzi  məmurlar haqsız olaraq  “mən ölkədə alim tanımıram, görmürəm” kimi fikirlər də səsləndirirlər. Lakin məsələyə daha dərindən yanaşdıqda görünür ki, əsas problem ideyaların olmaması deyil, mövcud ideyaların qiymətləndirilməməsidir.

Son onilliklər ərzində müxtəlif mütəxəssislər, alimlər və ekspertlər tərəfindən yüzlərlə təkliflər irəli sürülsə də, onların əhəmiyyətli hissəsi qərarvermə sistemində nəzərə alınmamışdır.  Bu vəziyyət bir  sıra ciddi problem yaradır: intellektual resurslar istifadəsiz qalır, təşəbbüskar insanlar motivasiyasını itirir, dövlət qərarlarının keyfiyyəti aşağı düşür v.s.  Beləliklə, ölkədə innovativ inkişaf üçün vacib olan sosial kapital zəifləyir.  

Əslində isə  hər bir inkişaf etmiş ölkənin əsas üstünlüyü məhz vətəndaşların dövlətə təqdim etdiyi ideyalardan səmərəli istifadə edə bilməsidir.

Tənqidi təfəkkür və innovasiya arasında əlaqə

İnnovasiya ilə tənqidi təfəkkür arasında birbaşa əlaqə mövcuddur.  Yeni ideya əslində mövcud vəziyyətin sorğulanması nəticəsində yaranır. İnsan hər hansı problemin həllini o zaman axtarmağa başlayır ki, mövcud vəziyyətin kifayət qədər səmərəli olmadığını görsün.  Bu baxımdan tənqidi, sağlam və konstruktiv  düşüncənin  zəif olduğu  cəmiyyətlərdə innovasiya potensialı da zəif olur.  

Müasir innovasiya nəzəriyyələrində “konstruktiv tənqid” inkişafın əsas mühərriklərindən biri hesab olunur. Məhz buna görə inkişaf etmiş ölkələrdə  ictimai müzakirələr, ekspert debatları, açıq dinləmələr, siyasət forumları  idarəetmənin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan üçün də belə bir mühitin formalaşdırılması strateji əhəmiyyət daşıyır.

Təhsil sistemi və innovativ inkişaf

İnnovativ inkişafın əsas mənbəyi təhsil sistemidir. Əgər təhsil sistemi əzbərçiliyə, standart cavablara, itaət mədəniyyətinə  əsaslanırsa, oradan innovativ insan kapitalı çıxmır. Müasir iqtisadiyyat isə tamamilə fərqli xüsusiyyətlər tələb edir: yaradıcı düşüncə, problem həll etmə bacarığı, təşəbbüskarlıq, risk etmə qabiliyyəti, texnoloji savadlılıq.

Bu səbəblərdən innovasiya problemi əslində təhsil problemidir.  Dünyanın ən innovativ ölkələrində universitetlər yalnız diplom verən müəssisələr deyil, həm də startapların, texnologiyaların və yeni biznes modellərinin yarandığı mərkəzlərdir.

Qrant sistemləri və innovasiya siyasəti

İnnovativ inkişaf üçün maliyyə dəstəyi həlledici amillərdən biridir. Dünyanın əksər inkişaf etmiş ölkələrində   dövlət qrantları, innovasiya fondları, risk kapitalı fondları, texnologiya inkubatorları, startap akseleratorları kimi mexanizmlər mövcuddur.   Bu mexanizmlərin əsas məqsədi ideyanı məhsula çevirməkdir.  Lakin maliyyələşdirmə sistemləri yalnız şəffaflıq və nəticəyönümlülük prinsipləri üzərində qurulduqda  səmərə verir, əks halda qrantlar innovasiyanın deyil, formal fəaliyyətlərin maliyyələşdirilməsinə çevrilir.

Biznesin sosial məsuliyyəti və innovasiya  

İnkişaf etmiş ölkələrdə böyük şirkətlər yalnız mənfəət əldə etməyə deyil, innovasiya ekosisteminin formalaşmasına da yatırım edir. Bu model korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Şirkətlər startaplara investisiya edir, universitet layihələrini maliyyələşdirir, texnologiya yarışları təşkil edir, sosial innovasiya proqramları yaradır. Bir çox ölkədə bu fəaliyyətlər üçün vergi güzəştləri, hüquqi təşviqlər, dövlət dəstəyi mövcuddur. Nəticədə biznes innovasiyanı xərc deyil, gələcəyə investisiya kimi görür. 

Türkiyə modeli: innovasiya və təşəbbüsə dəstək

Türkiyənin son illərdə əldə etdiyi texnoloji uğurların arxasında təsadüf deyil, sistemli siyasət dayanır.  Burada TÜBİTAK proqramları, TEKNOFEST hərəkatı, universitet texnoparkları, texnologiya fondları, özəl vəqflər  vahid innovasiya ekosistemi formalaşdırmışdır. Bu modelin əsas xüsusiyyəti dövlət, biznes və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Startap göstəriciləri və innovasiya boşluğu

Statistik da qeyd edilir ki, dünyada hər 1000 nəfərə orta hesabla 6 startap düşür, bizdə bu göstərici 100 dəfələrlə aşağıdır. Bu fərqin səbəbi yalnız maliyyə çatışmazlığı deyil. Əsas səbəblər təşəbbüs mədəniyyətinin zəifliyi, risk kapitalının olmaması, investor ekosisteminin inkişaf etməməsi,  universitet-biznes əməkdaşlığının zəifliyi, innovativ uğursuzluğa mənfi münasibətdir.  Bu problemlər həll edilmədən startap ekosisteminin inkişafı mümkün deyil.

Rəqəmsal dövr və milli təhlükəsizlik

Bu gün dünya süni intellekt, kvant texnologiyaları, robototexnika və biotexnologiya mərhələsinə daxil olur.  Belə şəraitdə innovasiya sahəsində geri qalmaq artıq iqtisadi problem deyil, milli təhlükəsizlik problemidir.   Texnologiya istehsal etməyən ölkələr tədricən texnoloji asılılığa, iqtisadi asılılığa, intellektual periferiyaya  çevrilirlər. Bu isə uzunmüddətli perspektivdə dövlətin rəqabət qabiliyyətini zəiflədir.

Beləliklə, görürük ki,  vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız sosial və ya humanitar məsələ deyil, dövlətin strateji inkişaf məsələsidir. Müasir dövrdə innovativ inkişafın əsas resursu neft, qaz və digər təbii sərvətlər deyil, insan kapitalı, yaradıcı düşüncə və təşəbbüskarlıqdır. 

Azərbaycanın postneft dövründə dayanıqlı inkişaf modeli qurması üçün vətəndaş təşəbbüslərinin sistemli şəkildə dəstəklənməsi, açıq innovasiya platformalarının yaradılması, qrant və startap mexanizmlərinin təkmilləşdirilməsi, universitetlərin innovasiya mərkəzlərinə çevrilməsi və dövlət–ekspert əməkdaşlığının gücləndirilməsi, bu sahəyə ayrılan qrantların maliyyə təminatının 10 dəfələrlə artırılması, təkliflərin obyektiv qiymətləndirilməsi innovativ inkişaf üçün  zəruridir.

İnnovasiya sərəncamla yaranmır. O, azad düşüncə, təşəbbüs mühiti, təçkilati etimad və intellektual kapitalın düzgün dəyərləndirildiyi cəmiyyətlərdə formalaşır. Buna görə də vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız bugünkü inkişafın deyil, Azərbaycanın gələcək rəqabət qabiliyyətinin və texnoloji suverenliyinin əsas şərtlərindən biridir.

İlham Əhmədov 

ADPU-nin dosenti 

pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see284

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see205

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see168

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see168

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see168

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see167

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see167

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see166

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see166

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see166

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see164

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see164

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see164

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see163

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see161

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see161

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see161

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see161

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri