Icma.az
close
up
RU
İnşaat maqnatının icra hakimiyyətləri ilə tender oyunu

İnşaat maqnatının icra hakimiyyətləri ilə tender oyunu

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnşaat maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən “Gəncə Körpü-Tikinti-2” ASC daha bir tenderin qalibi seçilib.

Tenderi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.

“Gəncə Körpü-Tikinti-2” ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb. Bundan əvvəl ASC Quba Rayon İcra Hakimiyyətinin, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 30 392 883,75 manat təşkil edir. Tenderlər yolların, mənzil fondunun təmiri və abadlıq işləri ilə bağlı keçirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. İş adamının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da yaxınlığına dair iddialar var. Bu iddialara səbəb Niyazi Bayramov icra başçısı təyin ediləndən sonra “Gəncə Körpü-Tikinti-2” ASC vaxtaşırı Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilib.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən bu təsisatın rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxsdir. Eldar Əzizov hələ Gəncənin icra başçısı olanda Abit Əliyev onun kadrı kimi fəaliyyətdə idi.

Qaynarinfo

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri